Məhəmməd Əmin Rəsulzadə nə vaxt anadan olmuşdur?

Məhəmməd Əmin Rəsulzadə nə vaxt anadan olmuşdur?

 

Məhəmməd Əmin Rəsulzadə nə vaxt anadan olmuşdur? və yaxud M.Ə.Rəsulzadə (29.02.1884-cü il (12.03.1884-cü il), Bakı - 06.03.1955-ci il, Ankara) Qəbir daşının üstündə də,bir çox tədqiqatçıların elmi əsərlərində də M.Ə.Rəsulzadənin təvəllüd tarixi 31 .01.1884-cü il yazılıb. ARDTA -dakı 290 nömrəli fondda isə Məhəmməd Əmin Rəsulzadənin doğum tarixi 29.02.1884-cü ildir. Əgər il 4 rəqəminə qalıqsız bölünürsə, həmin il 366 gündür. 1884-cü il 4-ə bölünür. Deməli, M.Ə.Rəsulzadə uzun illərin birində -1884-cü ildə, (29.02.1884-cü ildə) təsə üsulla 12 mart 1884-cü ildə anadan olub. Adətən fevralın 29 -da anadan olanların ad günü ya ayın 28-də, ya da 4 ildən bir keçirilir. Görəsən, gələn il (2018-ci ildə-N.N.) M.Ə.Rəsulzadənin ad günü nə vaxt keçiriləcək? Yenə yanvarln 31-də, yoxsa fevralın 28-də ? 2018-ci il 4-ə qalıqsız bölünmədiyi üçün fevralın 28-dən sonrakı gün təzə üsulla martın 12-si kimi göstərilməlidir. 290 nömrəli fonddakı sənədlərə əsaslanaraq, M.Ə.Rəsulzadənin təvəllüd tarixini düzgün göstərmək lazım gəlir. M.Ə.Rəsulzadə (29.02.1884-cü il (12.03.1884-cü il), Bakı - 06.03.1955-ci il, Ankara)

.

 

 

28 Dekabr 2017 09:20
http://strategiya.az/?do=xeber&id=108364