Bağışla, bağışla, bağışla bizi

Bağışla, bağışla, bağışla bizi

 

Dekabrın 23-də  dağlara  zirvələr fəth etməyə dördgünlük səfərə çıxan 

alpinistlərimizdən hələ də  xəbər yoxdur.

Axtarışlar davam edir....

 

  

Qar altında qalan  cənclər,

qar altında qalan o qız

nə qədər ki tapılmayıb,

gözümüzə yuxu getmir.

Gör neçə gün

qulağımız  bir xoş xəbər arzusunda,

bir  "Tapıldı !!!" sözündədir....

Bütün dünya gözümüzdə
heç nədədir...

Söyləyirik   "dözün,dözün!"

Bu havada   dözmək nədir,

dözüm nədir?

Özümüzü aldadaraq,

möcüzədən bir xoş  xəbər  gözləyirik.

Neçə gündür xəbər yoxdur,

səhər axşam, axşam səhər  gözləyirik.

Alpinistlər dağda qalıb

bu soyuğda,bu sazaqda,

gözləyirik...

Bu soyuqda, bu çovğunda

duamızın cavabını gözləyirik.

 ölə-ölə gözləyirik.

Möcüzənin

dağlarda çin olmasının sorağını,

yalanları bölə-bölə gözləyirik.

Gözləməyin çarəsi

yox,

bu soyuğun amanı yox,

itib-batan amanların gümanını 

yana yana gözləyirik.

 Gümanların,bəlkələrin 
puçluğunu,yoxluğunu 

qana-qana ,

bilə-bilə gözləyitik.

Ulu tanrı, əfv et bizi,
anaları,ataları,iki gənci,o bir qızı.
Bir qələtdir eyləmişik,
fəsadları 

əvvəlcədən bilməmişik,
bir  qələtdir eyləmiçik.

Nə yamandır ayaq üstə ölməyimiz,

belə- belə işlərimiz

kifayətdir neyləmişik.

Əfv et büzi,

 bundan sonra gərək bilək,

işimizi ,gücümüzü...

.

 

 

02 Yanvar 2018 10:20
http://strategiya.az/?do=xeber&id=108706