RAFİQ YUSİFLİ - Payız buludları

RAFİQ YUSİFLİ - Payız buludları

 

 

                              Təkcə öz kəndimizin deyil, qonşu kəndlərin də

                                          yas yerlərindən qalmayan, 100 yaşını haxlayan Tovus mamama.

                                       Tovus mamamdan bir adam haqda soruşanda -qəşəng tanıyıram,

                                    bir neçə il qabaq anasının yasında ağlamışam-deyərdi.

 

Topa-topa qara buludlar,

           sürünüb, gedirlər uzaqda

                           lap aşağıdan,  

            ətəkləri az qalır dəysin yerə,

                qaranquş qanadları kimi.

Gedirlər asta-asta,

     gedirlər kəndimizin

     yasa gedən qara paltarlı,

   qara çarşablı arvadları kimi.

Buludlar gedirlər

    bu kəndən, bu şəhərdən,

      o kəndə, o şəhərə qədər.

 Buludlar bir qapıda durub,

                  ağlaşırlar bir az,

      birində ağlaşırlar günlərlə,

  birində də gecədən səhərə qədər.

 

                                R.Yusifli             Dekabr 2017

.

 

 

04 Yanvar 2018 08:19
http://strategiya.az/?do=xeber&id=108809