Bərdədə yanğın

Bərdədə yanğın

 

Bərdədə köməkçi tikili yanib, ev quşları yanaraq tələf olub.

 Strategiya.az-ın məlumatına görə, hadisə rayonun Əliyanlı kəndində qeydə alınıb. Kəlbəcər rayonundan məcburi köckün Ceyhun Babayeva məxsun fərdi yaşayış evinin köməkçi tikilisində baş verən yanğın zamanı 300-dək ev quşu yanaraq tələf olub. Hadisəyə səbəb odun sobasının olduğu bildirilir. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb. Köməkçi tikilinin qalan hissəsi yanğından mühafizə olunub.

.

 

 

12 Yanvar 2018 08:36
http://strategiya.az/?do=xeber&id=109559