Hava kəskin soyuyacaq – XƏBƏRDARLIQ

Hava kəskin soyuyacaq – XƏBƏRDARLIQ

 

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti hava şəraitinin qeyri-sabit keçəcəyi ilə bağlı xəbərdarlıq edib.

Departamentdən verilən məlumata görə, yanvarın 13-də axşam şimal rayonlarından başlayaraq yanvarın 17-dək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış, bəzi yerlərdə sulu qar, qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir.

Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 3-5 dərəcə aşağı enəcək.

Dağlıq və dağətəyi rayonlarda yolların buz bağlama ehtimalı var.

.

 

 

12 Yanvar 2018 13:40
http://strategiya.az/?do=xeber&id=109618