Yeni orfoqrafiya lüğətində süni, qondarma sözlər yer almayacaq

Yeni orfoqrafiya lüğətində süni, qondarma sözlər yer almayacaq

 

Yanvarın 12-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunda Orfoqrafiya Komissiyasının növbəti iclası keçirilib.

İnstitutdan  bildirilib ki, iclasda Azərbaycan dili orfoqrafiya qaydalarının təlim və tərtib prinsipləri müzakirə olunub.

Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu bildirib ki, “Azərbaycan dilinin orfoqrafiya qaydaları” layihəsi AMEA Rəyasət Heyətinin 2017-ci il dekabrın 28-də keçirilən iclasında müzakirə olunub və çap üçün tövsiyə edilib.

Sonra yeni orfoqrafiya lüğətində ediləcək bəzi dəyişikliklər diqqətə çatdırılıb. “Əsgər” sözünün “əskər”, “alqı-satqı” sözünün “alğı-satqı” kimi yazılması təklifi məqbul sayılıb. Həmçinin bildirilib ki, yeni lüğətdə süni, qondarma sözlər yer almayacaq.

Orfoqrafiya Komissiyası müzakirələrini bundan sonra da davam etdirəcək.

.

 

 

12 Yanvar 2018 14:36
http://strategiya.az/?do=xeber&id=109627