Yanvarın 12-dək ölkə üzrə 207 min 329 ton pambıq tədarük olunub

Yanvarın 12-dək ölkə üzrə 207 min 329 ton pambıq tədarük olunub

 

Yanvarın 12-dək ölkə üzrə 207 min 329 ton pambıq tədarük olunub.

Dövlət Statistika Komitəsindən  bildiriblər ki, ötən gün pambıq qəbulu məntəqələrinə 49 ton məhsul təhvil verilib.

Hazırda qeyri-neft sektorunun inkişafına yönəlmiş kompleks tədbirlər nəticəsində ənənəvi kənd təsərrüfatı sahələrində, o cümlədən pambıqçılıqda böyük artım müşahidə olunur. Ötən mövsümdə qəbul məntəqələrinə 89 min ton, bu mövsümdə isə 207 min tondan çox pambıq təhvil verilib.

Pambıq tədarükünə dair yanvarın 12-nə olan operativ məlumat.

.

 

 

12 Yanvar 2018 15:31
http://strategiya.az/?do=xeber&id=109635