Bu oyun baş tutmayacaq

Bu oyun baş tutmayacaq

 

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı keçirəcək Azərbaycan milli komandasının hazırlıq proqramında dəyişiklik baş verib.

Strategiya.az-ın AFFA-ya istinadən verdiyi məlumata görə, Gürcüstan millisinin Antalyada təşkil olunması nəzərdə tutulan toplanışı ləğv olunduğu üçün fevralın 2-də keçirilməsi planlaşdırılan Azərbaycan – Gürcüstan yoldaşlıq oyunu baş tutmayacaq.

 

AFFA və Gürcüstan Futbol Federasiyası arasında aparılan danışıqlara əsasən, bu il ərzində FIFA-nın müvafiq oyun günlərinin birində Azərbaycan və Gürcüstan milli komandaları arasında yoldaşlıq oyunu keçirilə bilər.

.

 

 

12 Yanvar 2018 18:44
http://strategiya.az/?do=xeber&id=109659