Ötən gün ölkə ərazisində cinayət törətməkdə şübhəli bilinən 30 nəfər saxlanılıb

Ötən gün ölkə ərazisində cinayət törətməkdə şübhəli bilinən 30 nəfər saxlanılıb

 

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 114 cinayət faktı qeydə alınıb, onların da 20-si “isti izlər”lə açılıb.

 DİN-in mətbuat xidmətindən bildiriblər ki, axtarışda olduğuna görə 29 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 8 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 30 nəfər saxlanılıb.

.

 

 

13 Fevral 2018 08:58
http://strategiya.az/?do=xeber&id=112853