“QALA” Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyəti daha bir beynəlxalq tədbirdə ölkəmizi təmsil etdi

“QALA” Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyəti daha bir beynəlxalq tədbirdə ölkəmizi təmsil etdi

 

 

18-20 May tarixində Yunanıstanın Saloniki Şəhər Limanında 6-cı Multlilinqualizm Beynəlxalq Dil festivalı keçirilib. “QALA” Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyəti Azərbaycan dilinin təqdimatı ilə festivalın proqramına qoşulub.                                                  

Festivala qatılan iştirakçılar Azərbaycan dilinin əlifbası ilə tanış oldular və Azərbaycan dilində sözlər yazmaq, oxumaq və tələffüz etmək imkanı əldə ediblər. Eyni zamanda, Azərbaycan Demokratik Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş təqdimat keçirilib və vətənimizin tarixi abidələri və mənzərəli guşələrinin  təqdimatı baş tutub

Bundan əlavə festival çərçivəsində geniş auditoriya qarşısında Azərbaycan dilində uşaq şeirləri və Azərbaycan şairi Səməd Vurğunun “Azərbaycan” şeiri  səsləndirilib.

Saloniki şəhərinin icra başçısı cənab Yannis Butaris, icra başçısının təhsil və idman üzrə müavini cənab Aleksandros Barbunakis və alim Aryiru Mumdidu Beynəlxalq Dil Festivalında Azərbaycan stendini ziyarət ediblər və “QALA” Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin nümayəndələri ilə xatirə şəkili çəkdiriblər.

Elnur Eltürk

.

 

 

21 May 2018 10:43
http://strategiya.az/?do=xeber&id=123026