“TANAP” qaz boru xəttinin keçdiyi şəhərlərə təcili tibbi yardım maşınları hədiyyə edilir

“TANAP” qaz boru xəttinin keçdiyi şəhərlərə təcili tibbi yardım maşınları hədiyyə edilir

 

Türkiyənin Səhiyyə Nazirliyi ilə bu ölkədə fəaliyyət göstərən "TANAP” A.Ş. arasında bağlanmış müqaviləyə əsasən TANAP xəttinin keçdiyi şəhərlərə təcili tibbi yardım maşınlarının hədiyyə edilməsi layihəsinin icrasına başlanılıb.
 
"TANAP”A.S.-dan  daxil olan məlumatlara görə, qeyd olunan anlaşmaya əsasən Ardahan, Qars, Ərzurum, Ərzincan, Sivas, Bayburt, Gümüşhane, Kırıkkale, Kırşehir və Yozgat şəhərlərinə ümumilikdə 13 ədəd təcili tibbi yardım maşını veriləcək. Artıq bu maşınların 11-i ünvanına çatdırılıb. Qalan 2 maşın isə iyun ayında təhvil veriləcək.
 
Qeyd edək ki, iki qurum arasında anlaşma cari ilin 11 aprel tarixində Türkiyədə fəaliyyət göstərən İctimai və Ekoloji Sərmayə Proqramları əsasında imzalanıb.
.

 

 

21 May 2018 14:14
http://strategiya.az/?do=xeber&id=123074