ATƏT-in daimi nümayəndələri Cənubi Qafqaza səfər edəcək

ATƏT-in daimi nümayəndələri Cənubi Qafqaza səfər edəcək

 

ATƏT ölkələrinin daimi nümayəndələrindən ibarət nümayəndə heyətlərinin yaxın vaxtlarda Cənubi Qafqaza səfəri gözlənilir.

Bu barədə Azərbaycanın ATƏT-dəki səfiri Qalib İsrafilov özünün "Twitter" səhifəsində yazıb.

Onun sözlərinə görə, Azərbaycan, Ermənistan və Gürcüstana bir sıra ölkələrin ATƏT-dəki 30-a yaxın daimi nümayəndəsi səfər edəcək.

Azərbaycanın ATƏT-dəki səfiri eyni zamanda vurğulayıb ki, Ermənistan onun Yerevana səfər edəcək nümayəndə heyətinin tərkibində iştirakına qarşı çıxır.

Q.İsrafilovun sözlərinə görə, səfər zamanı nümayəndə heyəti region ölkələrindəki mövcud vəziyyətlə tanış olacaq.//Trend

.

 

 

25 May 2018 20:12
http://strategiya.az/?do=xeber&id=123593