Kitabxana direktorları dəyişib

Kitabxana direktorları dəyişib

 

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin müvafiq əmrinə əsasən şəbəkəsinə daxil olan bir neçə kitabxananın rəhbərliyində yerdəyişmələr olub.

İdarədən  verilən məlumata görə, Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (M.Ş.Vazeh adına kütləvi kitabxana) direktoru Vəfa Ramiz qızı Qulieva işdən azad olunaraq Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminə (M.Müşfiq adına kütləvi kitabxana) direktor, Lətifə Adil qızı Məmmədova isə Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminə direktor vəzifələrinə təyin olunublar.

 

İdarənin digər əmrinə əsasən Elmara Qəzənfər qızı Məcidova Xətai rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 2 saylı filianın direktoru vəzifəsinə təyin edilib.

.

 

 

02 İyul 2018 21:21
http://strategiya.az/?do=xeber&id=127378