Tramp: Putinə "rəqib" deməklə ona kompliment söyləmişəm

Tramp: Putinə "rəqib" deməklə ona kompliment söyləmişəm

 

ABŞ prezidenti Donald Tramp ötən gün Helsinkidə Rusiya prezidenti Vladimir Putinlə görüşdən sonra onu rəqib adlandırıb.

Strategiya.az bildirir ki, Trend-in məlumatına görə, amerikalı lider bunu yaxşı mənada söylədiyini qeyd edib.

 

D.Tramp deyib: "Putin rəqibdir, yaxşı mənada. Hesab edirəm ki, istifadə etdiyim "rəqib" sözü, bu halda komplimentdir".

Qeyd edək ki, ötən gün Helsinkidə ABŞ və Rusiya ledrləri arasında görüş baş tutub. Görüşdən sonra hər iki dövlət rəhəbəri birgə mətbuat konfransında iştirak ediblər.

.

 

 

17 İyul 2018 11:28
http://strategiya.az/?do=xeber&id=128897