Azərbaycan idmançısı Avropa çempionu oldu - FOTO

Azərbaycan idmançısı Avropa çempionu oldu - FOTO

 

Azərbaycanın ağır atleti, Təhsil İdman Mərkəzinin yetirməsi Əfqan Bayramov təkanla ağırlıqqaldırma üzrə Avropa çempionu olub.

ATV.az xəbər verir ki, Tbilisidə keçirilən ağırlıqqaldırma üzrə Avropa çempionatında 77 kiloqram çəki dərəcəsində mübarizə aparan atletimiz təkanla qaldırmada birinci cəhddə 180, ikinci cəhddə isə 192 kiloqramın öhdəsindən bacarıqla gəlib. Bununla da o, təkanla ağırlıqqaldırmada Avropa çempionu olub.

Qeyd edək ki, Əfqan Bayramov birdən qaldırma üzrə yarışda 141 kiloqram nəticə göstərib. Ümumilikdə isə 333 kiloqram nəticə ilə 5-ci-6-cı yerləri bölüşüb.

.

 

 

15 Aprel 2015 07:52
http://strategiya.az/?do=xeber&id=28587