Torpağın nəfəsi

Torpağın nəfəsi

 

Sükut... sükut..

nəfəsini udub getmək 
əllərini dayamaq
nəfəsində boğulmaq  istəmişdin elə bil,-
 demə ki ölmək istəmişdin ,
əllərin boyalıydı hasar kölgəsinə sığındıqca ,
hər sabahı açdıqca
ərşi rəngləyirdi üfüq.
Deşilmiş əllərində tikan yaraları-
sərhəddi öyrənmək istəmişdin...
Bilirəm ki qorxutmadı səni eşidib gördüklərin 
indiyədək tanıyıb-bildiklərin .
Yenə qorxma!..
İllər əvvəl yön saldığın Kamçatka soyuqları 
qorxutmadı səni 
Sibirin buz şaxtaları.
İndi lap yaxındasan, o yaralı əlləri
tikanlı məftillərdən deşik-deşik 
yaralı , yaradan boyanmış qanlı 
o boyalı əlləri dayadağın yer -Torpaq.
Torpağın nəfəsi var,
indi sağalacaqsan,
görürsənmi, yeriyirsən o tərəfə,
səndə Vətən arzusu, 
Torpaq  sevgisi var .
Adamı özünə çəkməyə
torpağın həvəsi var , 
gücü taqətindən çox.
Sükut...sükut...
Torpağın nəfəsi var, 
nəfəsini udub gedmək,
əllərini dayamaq
nəfəsində boğulmaq istəmişdin elə bil,
demə ki ölmək istəmişdin .
.

 

 

21 Sentyabr 2016 22:33
http://strategiya.az/?do=xeber&id=68678