Warning: session_start(): Cannot send session cookie - headers already sent by (output started at /home/strategiya/public_html/chap.php:1) in /home/strategiya/public_html/admin/includes/config.php on line 2

Warning: session_start(): Cannot send session cache limiter - headers already sent (output started at /home/strategiya/public_html/chap.php:1) in /home/strategiya/public_html/admin/includes/config.php on line 2
Strategiya.az | Çap versiyasi



MÜDAFİƏCİNİN SÜBUT TOPLAMAQ HÜQUQU VƏ BU HÜQUQUN HƏYATA KEÇİRİLMƏSİ İMKANLARI

MÜDAFİƏCİNİN SÜBUT TOPLAMAQ HÜQUQU VƏ BU HÜQUQUN HƏYATA KEÇİRİLMƏSİ İMKANLARI

 

Hazırki məqalədə müdafiə tərəfinin məhkəməyədək və məhkəmə icraatı zamanı cinayət işinə əlavə və ya məhkəmə iclasında tədqiq edilməsi ücün sübutlar,habelə digər materiallar toplamaq və cinayət prosesini həyata kecirən orqana təqdim etmək imkanları araşdırılmışdır.

Cinayət prosesində sübutetmə-yəni ittihamın qanuni,əsaslı və ədalətli həlli ücün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə sübutların əldə edilməsi,yoxlanılması və qiymətləndirilməsi mühüm əhəmiyyətə malikdir. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub- olmamasını sübutetmə vəzifəsi cinayət prosessual qanunvericiliyi ilə ittihamcının üzərinə qoyulsa da (AR CPM-nin 138-ci maddəsi) Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 92.9.5-ci maddəsinə əsasən müdafiəci(vəkil)”şübhəli və təqsirləndirilən şəxsin müdafiəsinin həyata kecirilməsi ilə əlaqədar məhkəməyədək və məhkəmə icraatı zamanı cinayət işinə əlavə və məhkəmə istintaqında tədqiq edilməsi ücün sübutlar,habelə digər materiallar toplamaq və cinayət prosesinin həyata kecirən orqana təqdim etmək hüququna malikdir. Bu hüquqdan müdafiə tərəfi ona elan olunan və ya şübhəli bilindiyi ittihamdan müdafiə olunmaq ücün istifadə edir,yəni bu hüquq səmərəli müdafiəni təmin etmək ücün müdafiə tərəfinə verilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143.1 -ci maddəsi isə öz növbəsində sübutlarının toplanılmasını ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə,üzləşdirmə,götürmə,axtarış və sair kimi prosessual hərəkətlərin həyata kecirilməsi kimi müəyyənləşdirmişdir. Həmin maddənn 3-cü bəndi müdafiəcinin sübut toplamaq hüququnu,yəni onun həyata kecirə biləcəyi prosessual hərəkətləri hüquqi yardım göstərilməsi ücün sübutlar təqdim etmək, məlumat toplamaq,o cümlədən fərdi şəxslərdən izahat almaq,həmcinin müxtəlif şəxslərdən və birliklərdən arayış,xasiyyətnamə və digər sənədlər tələb etməklə məhdudlaşdırır. Öz növbəsində Azərbaycan Respublikasının CPM-nin 92.9.9-cu maddəsi müdafiəcinin sübut toplamaq hüququnu şübhəli və təqsirləndirilən şəxsin müdafiəsinin həyata kecirilməsi ilə bağlı məsələlərin aydınlaşdırılması ücün sübutların toplanması üzrə tədbirlər həyata kecirmək, bu məqsədlə cinayət təqibi xüsusi ittiham qaydasında həyata kecirildiyi halda fiziki və hüquqi şəxslərin razılığı ilə onları sorğu-suala tutmaq, habelə müqavilə əsasında ekspertin rəyini almaq və mütəxəssisin fikrini öyrənmək hüququ kimi müəyyənləşdirir.

Cinayət prosesində müdafiəci tərəfindən sübutların toplanması səmərəli müdafiəni və keyfiyyətli hüquqi yardımı həyata kecirmək ücün cox vacibdir. Belə ki, irəli sürülən ittihamı təkzib etməkdən ötrü sübutlar tələb olunur (daha doğrusu ittihamın hec nəyi sübut edə bilməməsinə dair sübutlar).

Təcrübi olaraq cinayət prosesində müdafiə tərəfindən sübutların toplanmasının 2 məqsədi var:

Məsələn: Oğurluq, saat 17.00-da baş verib.Şübhəli şəxsi saxlayıblar.Müdafiəci şübhəli şəxsin bu saatda kafedə olmasını təsdiq edən 3 şahid tapır.Beləliklə də şübhəli şəxsin cinayətə aidiyyatı olmamasını sübut edə bilər.

Lakin Azərbaycan Respublikası cinayət proses-sual qanunvericiliyində müdafiəcinin bu şahidlərdən əldə edəcəyi məlumatlari sübuta cevirməsinin mexanizmi müəyyənləşdirilməmişdir. Müdafiəci bu şahidləri dindirə bilər, lakin dindirmənin hansı formada aparılması və sənədləşdirilməsi qanunvericiliklə tənzimlənməmişdir. Hesab edək ki, müdafiəci bu şəxsləri dindirir və dindirməni sərbəst formada istədiyi kimi rəsmiləşdirir. Lakin bu sənəd sübutların formasına irəli sürülən tələblərə cavab vermədiyi ücün sübut hesab oluna bilməz.Müdafiəcinin bir yolu qalır: Həmin şahidlərin müstəntiq tərəfindən dindirilməsinə dair vəsatət qaldırmaq. Burada isə müdafiəcinin tapdığı bu vacib dəlil böyük risklə qarşılaşır; müstəntiq vəsatəti təmin etməyə bilər, müstəntiq vəsatətə baxıb qərar qəbul edənədək şahidlər “əldən cıxa bilər” və ya müstəntiq şahidləri qanunu pozmaqla,onlara təzyiq etməklə “istədiyi kimi” dindirər və şahidlər ya yalan ifadə verərlər,ya da ifadə verməzlər.

Göründüyü kimi cinayət prosessual qanunvericiliyi ilə müdafiəciyə sübutlar toplamaq hüququ verilsə də bu hüququ həyata kecirmənin mexanizmi müəyyənləşdirilmədiyindən müdafiəci bu hüququ həyata kecirə bilmir. Nəticədə şübhəli şəxsin bu cinayətə aidiyyatının olmamasını sübuta yetirə bilmir.

Digər misal: Qətl hadisəsi baş verib.İstintaq şübhəli şəxsi tutub və hesab edir ki, qətl hadisəsi şəxsi motivlər əsasında törədilib. Lakin iş yoldaşları şahidlik edirlər ki, şübhəli şəxslə qətlə yetirilən şəxs arasında dost münasibətləri olub, birgə istirahət şəkilləri var və s. Deməli hec bir şəxsi nifrət olmayıb. Bu halda da müdafiəcinin həmin şahidlərdən əldə etdiyi məlumatları sübuta cevirmənin mexanizmi olarsa müdafiə səmərəli şəkildə həyata kecər.

İkinci məqsəd: İstintaqın sübutlarının mötəbərliliyini şübhə altına almaq. AR CPM-nin 21.2 maddəsinə əsasən şəxsin təqsirli bilinməsinə əsaslı şübhələr varsa onun təqsirli bilinməsinə yol verilmir və bu təqsirsizlik

prezumciyasnın əsas tərkib hissəsidir. İttiham hökmü isə ehtimallara əsaslana bilməz. Təcrübədə isə müstəntiqlər tərəfindən CPM-nin tələblərinin pozulması halları kifayət qədərdir. Məsələn, müstəntiqlər tərəfindən sənədlərin saxtalaşdırılması: köhnə tarixlə üzləşmə. dindirmə, axtarış və sairə istintaq hərəkəti protokollarının tərib edilməsi. Bu istintaq hərəkətləri zamanı “ştatda olan”, “professional” hal şahidlərindən istifadə edilə bilər. Şahidlər, təqsirləndirilənlər, zərərcəkənlər müəyyən ifadələr verməyə məcbur edilə bilərlər və sairə. Müdafiəci tərəfindən sübutların toplanması həm də müstəntiqin belə qanunsuz hərəkətlərinin müəyyən olunmasıdır ki, bu, müdafiəciyə müstəntiqin qanunu pozmaqla əldə etdiyi həmin sübutların yolverilməz olmasına dair vəsatətlə cıxış etmək imkanı yaradır. Bu halların müəyyən olunması ücün də müdafiəcinin dindirmə, sənədlərə baxış kecirilməsi (məsələn həmin hal şahidlərinin şahidlik etdiyi eyni müstəntiqin istintaq apardığı cinayət işlərinin materiallarına baxış) vacibdir. Lakin qanunvericiliklə bu səlahiyyətlərin müdafiəciyə verilməməsi,verilən səlahiyyətlərin isə həyata kecirilmə mexanizminin müəyyənləşdirilməməsi müdafiəci tərəfindən sübutların toplanmasını mümkünsüz edir.

Elmdə müdafiə tərəfindən sübutların toplanması ilə bağlı fikirlər yekdil deyil. Bir qisim alimlər hesab edirlər ki,əgər cinayət prosessual qanunvericiliyi müdafiəcinin sübut toplamaq hüququnu nəzərdə tutursa, deməli bu sübutlar işə əlavə edilməlidir. Lakin sübutlar onların forma və məzmununa dair irəli sürülmüş iki şərtə cavab verməlidir:a) sübutların aidliyi şərtinə b) sübutların mümkünlüyü şərtinə.Sübutların mümkünlüyü dedikdə cinayət prosessual qanunvericiliklə sübutların formasına- mötəbər dəlillərin əldə edilməsi mənbəyinə ( Azərbaycan Respublikası CPM-in 124.2.1-124.2.5-ci maddəsi) və onların əldə edilməsi üsullarına ( müvafiq istintaq və məhkəmə hərəkətləri vasitəsilə) dair irəli sürülən tələblər başa düşülməlidir. Əgər müdafiə tərəfinin sübut toplaması ücün bu tələblərə uyğun mexanizm müəyyənləşdirilməmişdirsə, deməli müdafiəci bu dəlilləri əldə edilməsində sərbəstdir, onları istədiyi formada və istədiyi üsulla əldə edəcək. Bu isə həmin dəlillərin sübut kimi taninmasını mümkünsüz edir. Əgər məsələyə bu aspektdən yanaşsaq, onda qızğın elmi diskussiyalara son qoyub problemi sadə yolla-müdafiəci tərəfindən sübutların toplanmasının və möhkəmləndirilməsinin sübutların mümkünlüyü şərtinə uyğun mexanizmini müəyyən etməklə həll etmək mümkündür.

Digər qrup alimlər isə hesab edirlər ki,müdafəcinin əldə etdiyi dəlillərə “sübut”terminin cinayət prosessual mənası baxımından sübut kimi baxmaq olmaz. Müdafiəci əldə etdiyi dəlilləri(məlumatlar,sənədlər,əşyalar)səlahiyyətli subyektə(təhqqatcı,müstəntiq,məhkəmə)təqdim etməyə haqlıdır və yalnız bundan sonra hüquqi nəticə yaranır,belə ki,səlahiyyətli subyekt bu materialların işə əlavə edilib edilməməsi və sübut kimi tanınıb tanınmaması məsələsinə baxır.Bu baxımdan müdafiəci tərəfindən dəlillərin əldə edilib səlahiyyətli subyektə təqdim edilməsi müdafiəcinin sübut toplaması hesab oluna bilməz. Belə ki, müdafiəcinin təqdim etdiyi məlumatlar sübut kimi tanındığı halda,bu məlumatlar müvafiq formaya salınıb işə əlavə edilərək müstəntiq tərəfindən toplanan sübutlar hesab olunur. Sübut ücün forma isə vacib şərtdir. Cinayət prosesində belə bir fikir də var ki, qanunverici sübut toplamaq baxımından müdafiəcinin mövqeyini aydın ifadə etməyib.Bu fikrin arqumentləri əvvəla odur ki, Cinayət Prosessual Qanunvericilikdə də təcrübi olaraq sübutların toplanmasınin prosessual qaydası möhkəmləndirilməyib, nisbətən sübutların toplanmasını nizamlayan normaların isə həyata kecmə mexanizmi mövcud deyil, belə ki, müdafiəci tərəfindən əldə edilən məlumatlar cox nadir hallarda cinayət işinin materiallarina əlavə edilir və sübutetmənin keyfiyyətinə təsir edir.Əgər tərəflərin bərabərliyi və cəkişmə prinsipindən cıxış etsək,onda sübutların toplanmasında müdafiəyə ittihamla bərabər hüquqlar verilməlidir. Müstəntiqin,təhqiqatcının və ya məhkəmənin sübutları toplaması Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin sübutların toplanmasını tənzimləyən 143-cü maddəsi ilə müstəsna şəkildə formalaşdirilmişdir. Lakin qanunverici müdafıəci tərəfindən sübutların toplanması prosedurunu tənzimləmir və bununla da müdafəciyə formasını düşünmədən sübut toplamaq hüququ verir. Müdafiəcinin toplaya bildiyi sübutların növlərinə baxaq:müdafiəci onların razılığı ilə vətəndaşları dindirə bilər,dindirmə nəticəsində o işə aidiyyatı olan məlumat ala bilər. Dindirmə zamanı o ya protokol şəklində,ya da başqa şəkildə bu məlumatı sənədləşdirməyə haqlıdır. Bu sənədi müdafiəci istədiyi kimi adlandıra bilər.Ancaq bu sənəd işə əlavə edildikdən sonra şahidin, zərərcəkənin və sairənin hüquq və vəzifələri izah edilməklə tərtib edilən dindirmə protokolu ilə eyni qüvvəlı sübut kimi qiymətləndirilə bilməz. Müdafiəci tərəfindən əldə edilən əşyalar, sənədlər və sair məlumatlar maddi sübut hesab oluna bilməz, çünki onların işə əlavə edilməsi barədə qərarı müdafiəci yox, müstəntiq qəbul edir. Müdafiəci tərəfindən alınan mütəxəssis rəyi də, ekspertə bilə bilə yalan rəy verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilməklə əldə edilən rəylə eyni qüvvəli sübut kimi qəbul edilə bilməz. Müdafiəci tərəfindən müstəntiqə təqdim edilən arayışlar,xasiyyətnamələr və “sair sənədlər” də “sair sənədlər”olaraq yalnız müstəntiq tərəfindən onların işə əlavə olunması və sübut kimi tanınmasına dair müdafiəcinin vəsatəti təmin olunduğu halda “sübut”hesab oluna bilər.

Məlumatların sübutlara çevrilməsi prosesı- normativ tələblər baxımından coxsaylı qaydalara cavab verən cox incə bir mexanizmdir ki, bu qaydalara riayət olunmaması sübutetmənin keyfiyyətsizliyi ilə nəticələnir. Müdafiəcinin topladığı məlumatlar sübutlar ücün müəyyən olunmuş kriteriyalara uyğun gəlmir.

Əşyalarln,sənədlərin və digər məlumatların əldə edilməsi, vətəndaşların razılığı ilə onların dindirilməsi, həmcinin arayış, xasiyyətnamə və digər sənədlərin alınması sübutların toplanması deyil, bu yalnız müdafiəciyə əsasında müvafiq vəsatətlər təqdim etmək imkanı verən məlumatlar əldə edilməsidir. Adətən müdafiəci sübut təqdim etmək hüququndan yalnız məhkəmədə istifadə edir. AR CPM-nin 325.2.2 maddəsinə əsasən müdafiə tərəfi məhkəməyə tədqiq edilməsi ücün sübutlar təqdim edir. Bu zaman hər bir halda bu məlumatlar CPM-nin müstəntiq, təhqiqatcı, məhkəmə tərəfindən sübutların toplanmasının prosesual formasına uyğun olmur,cünki CPM bunu tələb etmir. Sübut kimi tanınması ücün məlumat mötəbər və işə aid olan olmalıdır. Ona görə də AR CPM-nin 124-cü maddəsi məhz cinayət işi üzrə məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlilləri (məlumatlar,sənədlər,əşyalar) sübut hesab edir. Məhkəmədə müdafiəci tərəfindən verilən məlumatlara hakimin tənqidi yanaşması riski məhkəməyəqədər istintaqda müstəntiqin topladığı sübutlara hakimin tənqidi yanaşması riskindən daha boyük olur. Bundan əlavə bir məsələyə də diqqət yetirmək vacibdir: Cinayət prosessual qanunvericilikdə sübutları toplamaq və səlahiyyətli subyektə(təhqiqatcı,müstəntiq,məhkəmə) təqdim etmək-müdafiəcinin hüququ kimi, bu məlumatları yoxlayıb sübutlar siyahısına aid edib etməmək və onların əsasında sübut edilməli halların mövcud olub olmamasını müəyyənləşdirmək, isə müstəntiqin, təhqiqatçının və məhkəmənin vəzifəsi kimi, həmcinin sübutetmə, yəni sübutlarin əldə edilməsi, yoxlanılması və qiymətləndirilməsi ittiham tərəfin vəzifəsi kimi nəzərdə tutulur. İstintaq və ya təhqiqat aparan şəxs öz öhdəliklərini lazımi qaydada yerinə yetirməməyə görə qanunvericiikdə nəzərdə tutulmuş qaydada məsuliyyət, o cümlədən cinayət məsuliyyəti, daşıyır, müdafiəci isə belə bir məsuliyyət riski daşımır. Bundan əlavə müstəntiq,təhqiqatcı və məhkəmə sübutların toplanmasında prosessual normalara riayət etməyə məcburdur. Müdafiəci isə sübutetmə vəzifəsi daşımır,lakin o, yolverilməz sübutların sübutlar siyahısından cıxarılması və ya yeni sübutların sübutlar siyahısına əlavə edilməsinə dair vəsatətlər qaldırmaq hüququna malikdir. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 289-cu maddəsinə əsasən ittiham aktının təsviri əsasandırıcı hissəsində təqsrləndirilən şəxsin öz mülahizəsi ücün gətirdiyi dəlillər və həmin dəlilərin yoxlanılması zamanı toplanmış sübutlar göstərilməli, ittiham aktına müstəntiqin mülahizələrinə görə məhkəmə iclasına gətirilməli olan şəxslərin siyahısı əlavə edilməlidir. Həmin siyahıda müstəntiq cağirilmalı olan şəxslərin olduqları yeri və onların ifadələri və rəyləri olan işin vərəqlərini qeyd etməlidir.Müdafiəci hec bir məlumat verməyə borclu deyil,lakin müstəntiq onun hansısa məlumatı təqdim etməyi istəyib istəməməsini aydınlaşdırmalıdır. Göründüyü kimi qanunvericilikdə sübutların toplanması və ümumilikdə sübutetmə ittiham tərəfin vəzifəsi,müdafiə tərəfin hüququ kimi nəzərdə tutulsa da,əslində ittihamın bu vəzifəni yerinə yetirmə imkanı gercəkdir,lakin müdafiə tərəfin həmin hüququ prosesual baxımdan təmin olunmamışdır. Bu isə ədalət mühakiməsinin tərəflərin cəkişməsi prinsirinə uyğun şəkildə həyata kecirilməsinə mane olur. Fikrimizcə, sübutların toplanması və təqdim edilməsində müdafiəcinin prosesual hərəkətləri müvafiq normalarla tənzimlənməklə,bu normaların pozulmasına dair məsuliyyət müəyyənləşdirilməklə və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 92.9.5-ci maddəsi ilə müdafiəciyə verilən sübut toplamaq və cinayət prosesini həyata kecirən orqana təqdim etmək hüququ prosesual normalarla möhkəmləndirilib təmin edilməklə ədalət mühakiməsinin tərəflərin hüquq bərabərliyi və cəkişmə prinsipinə uyğun həyata kecirilməsini təmin etmək mümkündür.

 

ƏDƏBİYYAT:

 

1. C.H.Mövsümov, B.C.Kərimov,Ə.H.Hüseynov” Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin Kommentariyası”,Bakı 2010

 

2.Шейфер С.А. Доказательства и доказывание по уго-ловным делам: проблемы теории и правового регулиро-вания. М.: Норма, 2008.

 

3. Михайловская И.Б. Процесс доказывания и его элементы.

 

4.Лушкин Сергей Александрович” собирание доказательств зашитой»

 

 

RESUME

 

Annotation: In this article the author discloses the questions,concerning the mechanism of collecting the evidence by the defender. Author tried to draw the rules thedefense should follow while collecting the evidence, for thequestion of collecting the evidence by the defender is disputablein the science of criminal proceedings.

 

İLHAMƏ HƏSƏNOVA,

Bakı Dövlət universiteti

 

"Geostrategiya" jurnalı № 05 (35) SENTYABR-OKTYABR 2016

.

 

 

22 Dekabr 2016 09:00
http://strategiya.az/?do=xeber&id=75381