İlan Naxışlar

İlan Naxışlar

 

 

 

Naxışları vardı hədiyyələrin,

toxunuşda səyirən ilmələr,

xallı pişiklərin

xallı pələngin

rəngarəng dəriləri-

ilan naxışlar.

Dəyişən toxunuşda

kök salan ilmələr,

nə idi bu

nə əcayib,

çəkib ordan çıxartmaq

qoparıb atmaq istədim-

qurudu əllərim.

Əllərim yerə sarı,

mənə baxırdı yerdən

süzürdü məni,

üzümə zillənən

nədir belə?

Qıyılıb-genələn

cütlənmiş bəbəklər,

ilan baxışlar, ilan bəbəklər.

Naxışları vardı hədiyyələrin,

toxunuşunda səyirən ilmələr,

xallı pişiklərin, pələngin

rəngarəng dəriləri,

İlan naxışlar...

İlan naxışlar.

.

 

 

19 Aprel 2017 20:09
http://strategiya.az/?do=xeber&id=85734