Humanitar yardım daşıyan hərbi helikopter qəzaya uğrayıb

Humanitar yardım daşıyan hərbi helikopter qəzaya uğrayıb

 

Meksikanın Çyapas ştatında zəlzələ nəticəsində zərər çəkənlərə humanitar yardım daşıyan hərbi helikopter qəzaya uğrayıb.

Strategiya.az-ın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu haqda Meksikanın milli qəza-xilasetmə xidmətinin rəhbəri Felipe Puente Twitter səhifəsində yazıb.

Onun sözlərinə görə, hadisə nəticəsində ölən yoxdur. Helikopterdə olan 7 sərnişindən 3-ü yaralanıb, onlara tibbi yardım göstərilib.

.

 

 

13 Sentyabr 2017 10:43
http://strategiya.az/?do=xeber&id=98599