20:21 30 Sentyabr 2017
2361 dəfə oxunub
Çap versiyası

15 ilin söhbəti olar. Televiziyada işləyirdim. Bunu hamı yaxşı bilir ki, əvvəllər AzTV-nin “Xəbərlər” proqramında redaktorlar (müxbirlər) tədbirdaxili müsahibələrə az həvəs göstərirdilər. Daha dəqiq desək müsahibələr yalnız göstəriş olduqda götürülürdü. Tənqidi süjetlər, hadisələr isə istisna idi. Mən də bu əmrə tabe idim. Çəkilişə gedirdim. Baxırdım ki, digər televiziya, radio, agentliklər bir nəfəri alıblar dairəyə, sual atəşinə tuturlar. Yaxud da bir jurnalist “eksklüziv” deyərək bir müsahibi kənara çəkir. O birilər isə güdürlər. Elə ki, müsahib birinci suala cavab verməyə başlamırdı... bir də görürdü ki, böyürlərdən göbələk kimi mikrafon-diktafonlar çıxır. O da naəlac qalıb, digər suallara da cavab verməyə məcbur olurdu. Amma elə tədbirlər də olurdu ki, jurnalistlər mətbuat katibinə möhtac idilər. Yəni ki, o, icazə versəydi, müsahibə götürmək olardı. Özü də ki, ancaq o dediyi vəzifəlidən müsahibə almalıydın. Amma bəzi beynəlxalq tədbirlərdə mətbuat katibləri ümumiyyətlə müsahibələrə icazə vermirdilər. Deyirdilər ki, “gözləyin tədbir qurtarsın. Sonra mətbuat konfransı olacaq”.

Biz AzTV olaraq isə bu cür qayğılardan uzaq idik. Foyedə kresloya oturub bu mənzərəni müşahidə edirdik. Çay, qəhvə içə-içə...

Günlərin bir günü şəhərətrafı mehmanxanalardan birində MDB səviyyəli tədbir keçirilirdi. Dəvətli jurnalistlərin sayı da məhdud idi. Sonacan oturmalıydıq. Bu göstərişi alsaq da, müsahibə götürmək fikrim yox idi. Mətbuat katibi də bizi bir yerə yığıb xəbərdarlıq etmişdi ki, “Müsahibə olmayacaq! Tədbirdən sonrakı mətbuat konfransında nə sualınız varsa, verərsiniz!”.
Amma özəl televiziyalardan biri yaman narahat görünürdü. Çünki tədbirdə Ermənistandan gələn nümayəndə də iştirak edirdi. O da Naxçıvanda doğulmuşdu. Azərbaycan dilini də yaxşı bilirdi. Heç özünü erməni kimi aparmırdı. Yəni ki, qorxmurdu. Foyeyə çıxır, qəhvə içir, yenidən zala girirdi. Həmin özəl televiziyanın müxbiri də operatoruyla birgə ha istəyirdilər ki, onu həlqəyə salıb müsahibə götürsünlər, bu dəm mətbuat katibi hardansa pırtlayıb üzə çıxırdı. Beləcə iki saat cəhdləri baş tutmadı. Amma müsahibə almaq tapşırığı almışdılar. Nəyin bahasına olursa-olsun.
Bir də gördüm ki, həmin televiziyanın operatoru foyedə görsənmir. Müxbir də əliboş, yəni ki, mikrofonsuz gəzir. Bu zaman həmin erməni rəsmisi yenə foyeyə çıxdı. Müxbir həmən ona yanaşdı. Onlar dayandığı yerdə foyeyə bir qapı açılırdı. Müxbir ermənini pişim-pişim eləyə-eləyə ora saldı. Qapını da örtdü. Üstündən beş dəqiqə keçmişdi ki, mətbuat katibi hövüllü foyeyə çıxdı. Kimisə axtarırdı. Bu dəm həmin televiziyanın müxbiri, operatoru və erməni nümayəndə otaqdan çıxdılar. Onda başa düşdüm ki, jurnalist məqsədinə çatıb. Yəni ki, müsahibəsini alıb. Çünki çox xoşbəxt görünürdü. Amma mətbuat katibi başlarının üstünü almışdı. Heç nə demədi. Sadəcə işarət barmağını açıb-yummağa başladı. Yəni ki, nəyisə bəri ver. Əvvəlcə anlamadım. Amma operator dinməzcə kameranın kasset sandığının düyməsini basdı və videolenti mətbuat katibinə verdi. Öz-özümə “Atalar yaxşı deyib e... oğurluqla qəhbəliyin 40 gün ömrü olur” dedim. Bunların oğurluq müsahibəsinin isə ömrü heç beş dəqiqə də çəkmədi. Mətbuat katibinin professionallığına “Əhsən!” dedim. Həmkarlarımın zəhmətinin boşa çıxmasına isə təəssüfləndim.

Mətbuat katibi kasseti cibinə qoyub içəri keçdi. Həmkarlarım isə yanımda əyləşib çay içməyə başladılar. Müxbir isə “Mahir, bu elə bilir ki, biz hərif-zadıq. Müsahibə götürəndən sonra kasseti tez dəyişdik. Bildik ki, çıxanda əlimizdən ala bilər. Ona verdiyimiz isə köhnə-sınıq kassetdir” deyib başladı gülməyə. Bir dəqiqə əvvəl “əhsən” dediyim mətbuat katibinə yazığım gəldi. Çaylarını içib getdilər. Mən isə qaldım. Mətbuat konfransını gözləməliydim. Axı, göstəriş beləydi.

Xülasə tədbir qurtardı. Mətbuat konfransı başladı. Ay başına dönüm, adam nə qədər sual verər? Özü də MDB-nin digər üzvləri qalmışdı bir qıraqda, bütün sualları erməni nümayəndəyə yağdırırdılar. Mətbuat katibi də vəziyyəti nəzarətə ala bilmirdi. Heç əvvəldən instruktaj da keçməmişdi bizə. Jurnalistlər suallarında və fikirlərində azad idilər.

Mən isə sakitcə oturub bu mənzərəni müşahidə edirdim. Gözləyirdim ki, mətbuat konfransı qurtarsın, qayıdım televiziyaya, beş-on cümlə “dejurnı” söz yazıb, materialı ötürüm efirə. Vəssalam-şüttamam.

Nəhayət ki, mətbuat konfransı bitdi. Qayıdanda mətbuat katibi bizi öz maşınında gətirdi. Çox əsəbi idi. Həmişə deyib-gülən adam dinmirdi.
- Nə olub? Niyə əsəbisən? Hər şey yaxşı keçdi, – deyə sükutu pozdum.
- Yox e, Mahir, sən başa düşməzsən məni. Əsəbimdən partlayıram.
Elə başa düşdüm ki, mətbuat katibi özəl televiziyanın icazəsiz müsahibə götürməsindən əsəbləşib.
- İndi müsahibədir də götürdülər. Yaxşı ki, vaxtında xəbər tutub kasseti aldın, – deyə başladım “malalamağa”. Əgər desəydim ki, səni “lox” yerinə qoyublar, lap əsəbləşəcəkdi.
- Yox e, Mahir, məsələ tam başqadır. Sən bilmirsən,- deyib yenidən nəzərini yola dikdi.
Danışmadım. Heç soruşmadım da məsələ axı nədədir? Bir-iki dəqiqə beləcə sükut davam elədi. Amma birdən üzünü mənə və operatora döndərək:
- Mahir, bir lətifə var e... eşitmisən?
- Hansı?
- Partlayıram e... Acığınıza gəlsə də deyəcəm. Günlərin bir günü birinin toyu olur. Toydan sonra evə gəlirlər. Bəy girir gəlinin yanına. Görür ki, bütün işləri ona qədər artıq həyata keçiriblər. Dilxor olur. Amma səsini çıxarmır. Səhər açılır. Oğlan yenə heç nə demir. Qovulmaq, pilləkanlardan aşağı dığırlanmaq, saçının qırxılması təhlükəsinin sovuşduğunu görən “təzəgəlin” ürəklənir. Mətbəxə keçir. Çay dəmləyir. Ortaya yağ, pendir, çörək, qaynanmış yumurta düzür. Oğlanı çağırır ki, bəs gəl birlikdə, ər-arvad kimi nahar edək. Oğlan da acıqlı-acıqlı gəlib oturur süfrənin başında. Amma başını qaldırıb qıza heç nə demir. Dinmir-danışmır. Bir az keçir. Gəlin ayağa durur. Stulda əyləşən ərinin arxadan boynunu qucaqlayır və:
- Mamed, ay Mamed.
- Nədi!- deyə oğlan acıqla cavab verir.
- Bu gün gedərik də həkimə...
- Nə olub ki? Xəstələnmisən? - deyə bəy ağızucu xəbər alır.
- Yox.
- Bəs onda həkimə niyə gedək ki?
- Bilirsənmi, anan mənimçün qəşəng brilyant sırğalar gətirib. Mən isə atam evində olanda yaman qorxurdum qulağımı deşdirməkdən. Hər dəfə həkimə aparanda qaçırdım. Amma indi qorxmayacağam. Gedərik həkimə, qoy qulaqlarımı deşsin.
Bunu eşidən bəy yumruğunu stola vurub ayağa qalxır. Və hirslə:
- Ay köpəyin qızı, ər evində deşdirməli olduğunu aton evində etdirmisən, aton evində deşdirməli olduğunu ər evinə saxlamısan?.
Gülüb özümdən getdim. Mətbuat katibi isə gülmədi. Başını çevirib yenidən gözünü yola dikdi. Mən isə:
- Nə olsun ki, bu lətifənin bu tədbirə nə dəxli var ki?
- Ay kişi, necə yəni nə dəxli var? Siz jurnalistlər tədbirdən bir-iki gün qabaq bütün günü zəng edib suallarınızla mozgilərimi xarab edirdiniz. Cavab verirəm ki, bu sualların mənə aidiyyatı yoxdur. Bunları gələndə erməni tərəfinə ünvanlayarsınız. İndi isə erməni öz ayağıyla gəlib, oturub bunların qabağında. Bunlar da sualı-sual dalıyca verirlər. Amma heç biri telefonda mənə verilən, amma nəvaxtsa erməniyə ünvanlanmalı suallar deyil. Hamısı mənim cavablandırmaq səlahiyytimə aiddir. O gəlin kimi yerini səhv salıblar. O, olmayanda onun suallarını mənə verirlər. Erməni olanda isə mənə aid sualları ona.

MAHİR QABİLOĞLU - "Mətbuat katibinin qisas lətifəsi"


Müəllifin digər yazıları

  1. DİN və din
  2. ƏHMƏD ƏHMƏDZADƏ KİMDİR?
  3. NİZAMİ, QABİL BURDADI?
  4. 15 ilin söhbəti olar... Mahir, bir lətifə var e... eşitmisən?
  5. ELÇİN ŞIXLIYA VERİLƏN İŞGƏNCƏLƏR
  6. "Arvad, qadın və sekskukla"
  7. Mahir Qabiloğlu - "MAŞIN SÜRMƏK ZÜLMDÜR"
  8. Mahir Qabiloğlu - "Arvad və maşın"
  9. PROFESSOR ƏKBƏR BAYRAMOVA VİDA SÖZÜ
  10. QƏNDAB QULİYEVADAN QALAN DİSK
  11. “NƏRİMAN HƏSƏNZADƏ, NECƏ OLUB Kİ, SƏN ŞAİR OLUBSAN”
  12. CƏNNƏTLİK HACIBALA ABUTALIBOV
  13. LUSİNE NERSESYAN, CAN, CAN...
  14. BULUDXAN XƏLİLOV VƏ MƏN
  15. Vəli Məmmədovla bağlı XATİRƏLƏR
  16. Fikrət Sadıq, bəs mənim “YU BİLEY”im necə oldu?
  17. AzTV nədir?
  18. İbrahim Nəbioğlu, 55 yaşın mübarək!
  19. MƏNİM XOŞBƏXT GÜNLƏRİM - 1
  20. TÖHMƏT
  21. TRANSFER QAÇILMAZDIR - O dünyadan Anara 2-ci məktub
  22. JURNALİST VƏ XORUZ
  23. POLİYRETAN VƏ BİZİM BAĞIŞLANMAYAN GÜNAHLARIMIZ...
  24. QABİLİN MƏNƏVİ ÖVLADLARI
  25. Hadı Rəcəblinin “MÜƏLLİM”i
  26. İBRAHİMİN 1 YAŞINA HƏDİYYƏ
  27. QAN
  28. “DOKTOR ZEYNİ, DOKTOR ŞAHBAZ”
  29. Atam Qabilin “dərs”i
  30. “QATİLƏ”
  31. Hidayət Zeynalov nəvə toyu görmədi
  32. Öl deyəndə öl, qal deyəndə qal
  33. Arvada işim düşür...
  34. QURD YAĞI
  35. Aqil Abbasın proqnozu və ya futbol qumarı
  36. Piskaryov, professor Cəlal Abdullayev və Şahi Xəndan
  37. "Arvadın dalıyca qaçma, çata bilmərsən"
  38. GÖZƏL İBRAHİM
  39. Zaur, bizi yetim qoyma!
  40. Mahir Qabiloğlunun köhnə arzuları
  41. “QANCIQ” LALA VƏ “TOPLAN” ƏLİ
  42. MƏNİM QONŞUM ZEYNAL XƏLİL - Eksklüziv fotolar
  43. Əmir Mustafayevin toyu
  44. HİDAYƏT VƏ FATMA
  45. Koroğlunun heykəli plagiatdırmı? - FOTO
  46. Dəvə tüpürdü, İsmayıl Şıxlı şillələdi
  47. Arvad, Allah verəndən gətir!
  48. İsmayıl Şıxlının böyük günahı
  49. BƏXTİYAR SADIQOV VƏ SİLVA KAPUTİKYAN
  50. REKTOR ABEL MƏHƏRRƏMOV ƏNƏNƏNİ POZDU
  51. Q. idi, Mən idim, Ş. idi...
  52. Bacarırsan yaşa, Bacarmırsan öl
  53. BAKIDA “MAHİR KREMATORİYA” XİDMƏTİ
  54. ARVAD... İLHAM... HACIBALANIN NUR SAÇAN İŞIQLARI
  55. İSMAYIL ŞIXLININ “ANTİSOVET” ÇAĞIRIŞI
  56. QMİ-nin toxlar üçün ehsan zalı və ya acların ehsan arzusu
  57. Sona Tağıyevanın məktəbi
  58. KİTAB OĞRUSU
  59. Ağasəlim Abdullayev, bağışla!
  60. BİZİM TELLİ PƏNAHQIZI
  61. Hacıbala Abutalıbovun Kişi sözü
  62. "Ördəyə göl şəraiti, şairə çöl şəraiti"
  63. DYP-nin 20 manatlıq cəriməsini 1 manatlıq elədim
  64. AĞACIN QARĞIŞI
  65. “MİTSUBİSHİ”nin rəsmi dilerindən maşın almayın
  66. QABİLDƏN QURULTAY İŞTİRAKÇILARINA – ANAR DA OXUSUN
  67. Milli komandamıza qara zurna kömək olsun
  68. Futbol və din: Arvad-uşaq! Bir ay ehtiyatlı olun!
  69. BAŞ NAZİRDƏN KİTABXANAÇI TƏYİNATI
  70. HEYDƏR ƏLİYEVİN ÇÖRƏYİNİN DUZU
  71. MƏMMƏDKAZIM VƏ KONÇİTA
  72. QIĞILCIM... OCAQ... ŞÖLƏLƏR...
  73. “88” yekdir, Aynar Məmmədovun adı çıxıb
  74. RADİO VƏ DEPUTAT
  75. POLİS NƏCİB PEŞƏDİRMİ?
  76. Leyla Yunus papağı polisin başından qapdı və ...
  77. BOZQIRIN YALQUZAĞI
  78. AFTOŞLARA ŞAD XƏBƏR VAR
  79. DEBİL ARMEN -2
  80. DEBİL ARMEN - I
  81. Təhsil Nazirliyi və TQDK bir olsa...
  82. Ermənilər yazar Mahir Qabiloğluna hücum etdilər
  83. Vəzifəli balasından şikayət məktubu
  84. ƏRMƏN – ŞUŞANİKİN SEVGİSİ
Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
25-05-2018
24-05-2018
24.05.2018 Şabranda ev yanıb
24.05.2018 Neft ucuzlaşıb
23-05-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
2.9071 san