08:55 06 Oktyabr 2017
1246 dəfə oxunub
Çap versiyası
Nazim Nəsrəddinov
Azərbaycan Respublikasının əməkdar müəllimi

 

İki gündür ki,telefonlarım susmur.Müxtəlif vaxtlarda dərs dediyim şagird və tələbələrim zəng edir,bəziləri bayram sözünü işlətməsələr də hal-əhval tutur,bəziləi şablon cümlələrlə telefonun o başından məni təbrik edir,işlərimdə mənə uğurlar arzulayır.Bəziləri də bəlkə dünyamı müəyyənləşdirmək istəyirlər.

Bəli,mən müəlliməm və adımdan sonra müəllim sözünü yazmağa utanmıram.Pedaqoji fəaliyyətimə lazımi qiymət verilmişdir. Kimlərsə hələ də məni xatırlayırlar, yada salırlar.
 

  Türklər müəllimə, dərs deyənə   "öğretmen" deyirlər.  

  "Öğretmen" - türk  mənşəli sözdür. Kökü "öyrətmək" feilidir. Azərbaycanda bu sözün əvəzinə, ərəb mənşəli "müəllim" sözü işlədilir.

 Dilimizdə indi "müəllim" sözünün bir sıra  çoxmənalı variantları  yaranmışdır. Bu söz ƏRƏB-FARS sözləri lüğətində iki cür izah edilir :

     müəllim 1   -    1) ələmli,dərdli,kədərli;   2) kədərləndirən, qüssə gətirən,  qəmləndirən
.
    müəllim 2   -    dərs verən,tədris edən adam                              

 Əlbəttə,yaxşı müəllimlər o qədər çoxdur ki,  bu sözün  "ələmli, dərdli, kədərli" variantları, demək olar ki, yada düşmür. Azərbaycanda müəllimlik hörmətli, izzətli sənət, peşə sayılır. Bəzən, maaşını məktəbdən almayan nümunəvi,a ğıllı, dərrakəli adamlara da "müəllim" sözü ilə müraciət edirlər. Təəssüf ki, bu sözün avam, öz hüququnu başa düşməyən, təkbaşına cəngavərlik etmək istəyən adamlara ünvanlanan məna variantı da var.Mən bu sözləri deyəndə "Bizim Cəbiş müəllim"i xatırlayıram. 
     Həqiqi müəllim müəllimliyini gizlətmək istəsə də bir iki kəlmə deyən kimi müəllimliyi üzə çıxır.  Müəllim - işıqlı, ziyalı adamdır.
    Mən uşaq olanda, hələ məktəbə getməyəndə, 5 yaşım olanda  (beş yaşımdan oyankı həyatım yadıma düşmür) neftçi olmaq istəyirdim. Bu, hardan ağlıma gəlmişdi , hələ də bilmirəm. Neft Bakısından uzaqda -indiki  Qəbələdə, ovaxtkı Qutqaşendə  yaşayırdıq. Burada bir dənə də olsun neft buruğu yox idi. Bəlkə də evdəkilərin bizə oxuduqları kitabda  neft haqqında material var imiş.
    Nə isə...Mən orta  təhsilimi  7 rayonun   əsasən kənd  məktəbərində almışam.Bu,"səyahətlər" atamın  nazirlikdən verilən iş təyinatları ilə əlaqədar idi.
    Mənim ilk müəllimim  Zərxanım müəllimə idi.Bizə  bir-iki ay dərs deyəndən sonra analıq məzuniyyətinə çıxdı.
   Onunla Vəndam  dağlarının fonunda çəkdirdiyimiz şəkli  itirmişəm. Maraqlı şəkil idi: sinfimizin  7-8 çagirdi  Zərxanım müəllimənin işığına toplaşmışdı.
   Zərxanım müəllimənin  dərsləri biz birinci sinif şagirdlərinə çox  nəsnələri   öyrətmişdir.
   Zərxanım  müəllimə  2006-cı ildə 80 yaşında  dünyasını dəyişib.Allah rəhmət eləsin!
   Sonralar  Şəkidə Sona müəllimədən,  daha sonra Şölə müəllimədən dərs almışam.

Şölə müəlimənin oğlu bizdən bir-iki yaş  kiçik  idi.Onu görməsək də, yaxşı tanıyırdıq.  Şölə  müəllimə bizi oğlu Kamilin timsalında tərbiyə   edirdi: sözünün əvvəli də,axırı da  rəhmətlik  Kamil idi.
    Orta məktəbdə  mənə  müxtəlif  fənnlərdən dərs deyən  müəllimlərdən  biri Mikayıl Müşfiqin dostu  Diyallılı  Qasımbala müəllim idi. Səhv etmirəmsə, bizə dərs deyəndə təzəcə bəraət almışdı. O, 37-ci ilin  əzabkeşlərindən biri olsa da, heç vaxt dərsdə bunu vurğulamırdı.Bəlkə də bizlər-6-cı sinif şagirdləri bunu başa düşməmişdik.

    XI sinfin ikinci yarısında Ağsuda  mənə dərs deyən  Almaz  xanımı, Azərbaycan dili və ədəbiyyatı müəllimi  Fazil müəllimi,  sinif rəhbərimiz  riyaziyyatçı  Arif müəllimi və daha  bir neçə öğretmeni bilik və  bacarıqlarına görə hələ də  unutmamışam. Şair Şəhriyar   uzun ayrılıqdan sonra Təbrizə qayıdıb müəllimi Molla İbrahimi, uşaqlıq dostlarını  soruşan kimi, mən də   hələ də bu dünyanın ətəyindən bərk-bərk yapışıb qalan həmyaşıdlarımdan  ölənləri və qalanları  soruşuram.


    Qoy orta məktəb müəllimlərim,onların qohum-qardaşları incmsinlər: mənim ən yaxşı müəllimlərim universitet müəllimlərimdir.


     Azərbaycan Dövlət Univeritetinin filologiya fakültəsində  birinci dərs günü fakültənin dekanı Əlövsət Abdullayev bizə yaxşıca dərs verdi: dərsə bir az gecikənləri elə danladı ki, bu, hamımıza dərs oldu. 

  Ağamusa Axundov "Dilçiliyə  giriş"ə elə başladı ki, hamımız dilçiliyə girişdik.Yazılarımın birində  oxuculara   "Dünyanın ən işıqlı adamı"    kimi  təqdim  etdiyim Fərhad Zeynalov bizə  türk dillərinin zənginliyini incələdi.   

    Bir   az əsəbi olan  Ağamalı Həsənovun  dərslərini həmişə səbirsizliklə gözləyir, lakin ona   zəhminə görə mövzu ətrafında sual verməyə cəsarət etmirdik : onsuz da mövzunu elə dərsin özündə başa düşürdük.


    Fars dili müəllimimiz  Fəxrəntac müəllimə idi. Bu gözəl müəllimənin, gözəl qadının işıqlı simasını yaddan çıxarmaq çətindir. Fəxrəntac müəllimə mənə imtahanda  "beş"  vermədi ,"dörd" verdi, amma hər  nəsnədən əvvəl  qrupumuzun bütün tələbələrinə ərəb əlıfbasını, fars dilinin danışıq xüsusiyyətlərini öyrədə bildi.


   Dil tarixi müəllimimiz  Azərbaycan Respublikası Elmlər Akademiyasının  Dilçilik İnstitutunun direktor  müavini  professor Mirzə Rəhimov  idi. Universitetdə  saat  hesabı ilə işləyirdi. Seminar məşğələlərini aspirantları Şaməddin  müəllim  və  Əvəz  müəllim  ararırdı ( onların  hər ikisi vaxtından tez  dünyasını dəyişib.Allah hər ikisinə rəhmət eləsin).

   Mirzə Rəhimovun dərsləri hamya  maraqlı idi. Onun dərslərində heç kəs əsnəmirdi. Tələbələrimizin dilçilik təfəkkürünün yüksəlməsində M.Rəhimovun rolunu heç kəs inkar edə bilməz.
    Mirzə Rəhimov  - mən   Dilçilik İnstitutunun aspiranturasında  oxuyarkən  mənim elmi rəhbərim olub.Mən onu nədənsə həmişə  Türkiyənin Azərbaycan  əsilli alimi Abdülbaqi Gölrinarlıya oxşadıram. Qocaman alimə bu elmi oxşarlığı deməyə ehtiyat edirdim.     Ləyaqətli ziyalı idi Mirzə müəllim.Allah rəhmət eləsin.

    Universitetdə hamı  Samət Əlizadəni   ən nümunəvi şəxsiyyət, ən nümunəvi Füzuli tədqiqatçısı kimi  tanıyırdı. Lakin heç birimiz onu hələ diplomçusu  Sona Xəyal kimi  qiymətləndirə bilməyib. 

   Samət Əlizadə mənim  diplom işimin rəyçisi idi. Onun rəyinin surətini hələ də əziz bir xatirə kimi saxlayıram. Bu rəy S.Əlizadənin  maraqlı  elmi işi kimi qiymətləndirilə bilər.

                                  ***
  İnsanlar, sizə dərs deyən,bilik verən, ən başlıcası düşünməyi öyrədən  müəllimlərinizi unutmayın.

Gəlin ilin günlərinin birini - oktyabrın 6-nı - Beynəlxalq Müəllimlər Günündən sonrakı günü "Müəllimlərin Ziyarıəti Günü"  elan edək.

Vallah, xəncəririmizin qaşı düşməz..


Müəllifin digər yazıları

  1. "Kəlilə və Dimnə"nin ilk mətbu nümunələri haqqında bir neçə söz...
  2. Türk dünyasının 1865-ci il tarixli üçdilli atalar sözü lüğəti
  3. 130 il bundan əvvəl İrəvandan "Bir müsəlman" Tiflisə - Azərbaycan dilində nəşr olunan "Kəşkül" qəzetinə nə yazırdı?
  4. Qəbul imtahanı testlərinin bunkerdə yazılması məsləhətdirmi?
  5. XIX əsrin görkəmli Azərbaycan şairi Seyid Əzim Şirvaninin türk dünyasına tanıtdığı təhsil ocağı və yaxud Kürdəmirin ilk dövlət məktəbinin tarixi 1881-ci il fevralın 9-dan başlayır
  6. Nüktələr və nöqtələr....
  7. "Ziya" qəzetinin qaranlıqdan və alatoranlıqdan işığa uzanan yolları
  8. AMEA və universitet alimlərinin orta məktəb marafonları
  9. Yandıran söz,qandıran söz, bir də var adamı dolandıran söz...
  10. Azərbaycanın İlk milli jurnalının - "Kəşkül"ün 135 yaşı tamam oldu
  11. Azərbaycan İstiqlal Bəyannaməsini neçə nəfər imzalayıb və yaxud doğru sözü niyə səhv deyirlər?
  12. Azərbaycan ədəbi dilinin yeni anlayışları ifadə edən rus və Avropa dillərindən alınmış terminlərlə zənginləşməsində "Ziya" və "Ziyayi-Qafqasiyyə" qəzetlərinin (1879-1884) rolu
  13. 130 illik yubileyi gecikdirilən Cəmo bəy Cəbrayılbəyli (1887-1965) və yaxud adı ensiklopediyaya düşən elmi dərəcəli biologiya müəllimi
  14. Əhmədli kəndi... Tarixi xidmətləri unudulmuş təhsil ocağı
  15. DÜNƏN "ZIYA"NIN 139 YAŞI TAMAM OLDU VƏ YAXUD TÜRK DÜNYASININ TİFLİSDƏN BOYLANAN GÜNƏŞİ
  16. Orfoqrafiya mədəniyyəti-dil mədəniyyətidir
  17. Gəlin orfoqrafiya qaydalarını hazırlamağı dilbilənlərə tapşıraq
  18. "Ziya" qəzetinin Şəkidə yaşayan Şamaxılı müxbirlərindən biri
  19. Pıçıltılı etiraf və yaxud Zirvələrdə iki həftə qar altında qalanların xoş xəbərin gözləyirik
  20. İtirmişik yuxumuzu, qalanımız ağrımızdır...
  21. Bağışla, bağışla, bağışla bizi
  22. Məhəmməd Əmin Rəsulzadə nə vaxt anadan olmuşdur?
  23. S.Ə.Şirvani şeyxülislam ola bilərdimi?
  24. Mürəttib M.Ə.R. kriptonimi kimə aiddir?
  25. Orta məktəb şagirdlərin lüğət ehtiyatlarının zənginləşdirilməsində alınma sözlərin rolu
  26. Bizə ən gərəkli - Fil hesabatı
  27. “Bağçasaraydan göndərilən məktub”
  28. Şamaxı Məclis Məktəbinin 140 illik yubileyindən 3 il də keçdi, amma görüləsi işlər hələ də çoxdur....
  29. Təlim və tərbiyə prosesində elmi araşdırmaların rolu
  30. "Dəbistan" jurnalı (1906-1908) və yaxud şagird və müəllimlər üçün dərsliyə bərabər dövri nəşr
  31. Nəcməddin Xələfoviçə görə "məmləkət"i dəyişdim
  32. Doğma yurdun qış lövhələri...
  33. 45 il bundan əvvəlki dünya gənclər hərəkatı...
  34. Nəğmə kimi səslənən bal dilmiz var olsun!
  35. Bir daha Ələkbər Tahirzadənin- şair Mirzə Ələkbər Sabirin müəllimliyə gedən əzablı və əziyyətli yolları ilə...… - Tədqiqat
  36. Hamıya dostam mən,bir qardaşam mən
  37. "İşığ"ın işıq saldığı tərcümənin işığında və yaxud İ.A.Krılovdan tərcümə:Durnabalığı və Pişik
  38. "Ziya" qəzetinin (25.01.1879- 26.06.1884) qaranlıq taleyini işıqlandırmaq lazımdır
  39. Məktəbliləri maarifləndirən mətbu orqanlardan biri - "Maarif" məcmuəsi
  40. РУССКО-БАШКИРСКИЙ СЛОВАРЬ - kitabxanamın ən qalın və ən sanballı lüğətlərindən biri
  41. Söz sözü çəkər, əgər sözün közü varsa
  42. Beynəlxalq bayram tədbirlərindən sonrakı gün - Müəllimlərin Ziyarəti Günü
  43. Müəllim olanda da yaxşı müəllim olun
  44. Tanıdım...Gül bəsləyən qız- Məlahət Yusif qızı...
  45. Avtoelegiya: İşin-gücün boş vaxtı-qocaların xoş vaxtı....
  46. HƏR KİM 100 İL YAŞAMASA , GÜNAH ONUN ÖZÜNDƏDİRMİ ?!
  47. İsmayıl Mirzanın hər həftə oxuduğu türkdilli "Ziya" qəzetin bir nömrəsinin biblioqrafiyası
  48. Ay Allah bəndəsi, niyə yazıqsan?
  49. Ömrün payız etirafı və yaxud ömrün,günün hapı, gopu
  50. Mətbuat tariximizdən birinci ilinin 46 nömrəsi itən qəzetimiz və yaxud mətbuatımızın "Ziya"sı
  51. Mən niyə SSRİ Ali Sovetinin deputatı ola bilmədim?
  52. Təbrizdən kənd məktubları
  53. "Təbriz məktubları silsiləsi"ndən növbəti yazı
  54. Nazim Nəsrəddinov: "Təbriz məktubları" silsiləsindən
  55. Dünya yaman dünyadır
  56. Görkəmli maarifçilər Ünsizadələr haqqında təzə xəbər və şəkillər və yaxud Tütk soyad Kanunu - ARKÜNLƏR VƏ BERKSANLAR
  57. "Strategiya.az"ın yeni layihəsi-Səhiyyə tariximizin unudulmuş səhifələri
  58. Abdulla Şaiqin Bülbül Məmmədova həsr olunmuş fransız soneti - "Centlmen bir xanəndəyə"
  59. Dünya türkologiyasının Fərhadı və yaxud dünyanın ən işıqlı adamlarından biri
  60. Qüdrət Piriyevlə birlikdə Azərbaycana tanıtdığımız İqor Səməd oğlu Mehmandarov
  61. Sözgəlişi, ola bilər düzəlişi...
  62. 16 il bundan əvvəl imzalanmış Fərmanın işığı
  63. Bu Dünya- Şirin Dünya.....
  64. Göz görür,ağıl kəsir....
  65. Tərcüməsiz başa düşülən tatar bayatıları
  66. M.Ə.Sabirin türk dili müəllimliyinə gedən əzablı və əziyyətli yolları… - Tədqiqat
  67. Türk dünyasının Bakıda işləyən ilk məşhur qadın həkimlərindən biri- Batırşina Amina xanım
  68. Mənim nəğməli bibim - Foto
  69. Sən yazmasan,mən yazaram
  70. Araşdırmaçı araşdırıcıya deyirlər və yaxud Bir daha Səid Ünsizadə (1825,Şamaxı-1905.,İstanbul) haqqında
  71. Dörd yaşlı lal-dinməz uşağın dili açılacaq!!!
  72. 20 yaşlı Cəfər Cabbarzadənin "Bakı müharibəsi"
  73. Qulam Məmmədli-120
  74. General Hacı Zeynalabdin Tağıyevin tələbə qızlara novruz bayramı təbriki
  75. Türkiyənin "Ordu marşı" və "Çanakkala döyüşçüsü Mustafanın anasına məktubu"
  76. Səid Ünsizadənin (1825-1905) məktəb yaşlı uşaqların təlim və tərbiyəsinə aid dərsliyi - "Təlimül ətfal, təhzibül - əxlaq"
  77. Türk dünyasının 99 yaşlı "El həyatı" (1918) məcmuəsi
  78. Təhsilimizin dostu, dilçiliyimizin generalı Qəzənfər Kazımov
  79. Bu tarix ki var, qəliz məsələ imiş......
  80. SÖZ KİMİNDİR?
  81. Bu dünyada yerin yoxdur, yağı düşmən,
  82. Mənim dualarım
  83. Hələ qışdır bu yerlərdə və yaxud Şəkilli salamın şeirlə cavabı
  84. Təzadlar, ay təzadlar....
  85. Türk dünyasının "Tərcüman"dan əvvəlki "Ziya"sı və yaxud Qaranlığı və alatoranlığı işıqlandıran insanlar
  86. Adını dəyişdiyim retro yazı və ya "Strategiya.az" saytının 106159 nəfər oxucusunun maraq dünyasının sualı - Foto
  87. Riyaziyyat alimlərinin çoxunun tanımadığı dərslik və yaxud, türk dünyasının ilk türkdilli hesab dərsliklərindən biri
  88. Azərbaycan çocuq mətbuatı tarixinin "Qırmızı günəş"i...
  89. İsmayıl ibn Mustafanın (İsmayıl bəy Qasprinskinin) "Ziyayi -Qafqasiyyə"(Qafqazın ziyası) adlı məqaləsi. Tiflis,1881
  90. Səid Ünsizadənin (1825-1905) dərsliklərindən biri - nəzmlə yazılmış "ƏQAİD və NƏSAYİH"
  91. Testdən qəsdən danışmırıq
  92. Ah....Dərslik, dərslik, yenə də dərslik, bir az da ...
  93. Dərsliklərimizin halı və vəziyyəti
  94. Hacı Zeynalabdin Tağıyevin Bakı şəhər müsəlmanlarının müraciətinə cavabı
  95. Bir daha Cəmo bəy Cəbrayılbəyli (1887-1965) və onun 130 yaşını gözləyən yubileyi haqqında
  96. İsmayıl bəy Qaspıralı:" Qəzetə- millətin lisanıdır "
  97. Hırsızın gözü əlyazmalara düşdü
  98. Bu sorğuya hələ də cavab verilməyib : Şotlandiyada H.Z.Tağıyevin yüzillik heykəli varmı? Və yaxud qaranlıqdan işıldayan işıqlar....
  99. Retro mövzularından biri: Midhat Cemal Kuntay :"Toprak, eger uğrunda ölən varsa, vatandır"
  100. I Nikolayın tiflisli nəvələrinin müəllimi Lev Nikolayeviç Modzalevskinin "Kəpənəy"i
  101. Dünyamızı Gələcəyə Tanıdan Rəssam - Fotolar
  102. Yenə də sözümüz-söhbətimiz Kürdəmirin ilk dövlət məktəbi haqqındadır
  103. Türk dünyasının tarixi məktəblərindən biri-- Kürdəmir,Köhnəbazar kənd orta məktəbi və yaxud üç əsrin məktəbi--09.02.1881
  104. Hacı Səid Əfəndi Ünsizadə-191
  105. Təskinlik və toxtaqlıq və yaxud əbədi və həmişəlik mübarizə
  106. Avropada çap olunan latın qrafikalı 100 yaşlı ilk türk kitablarımızdan biri
  107. Ömür keçir, gün keçir və yaxud Latın qrafikalı ilk türk kitablarımızdan birinin 100 illik yubileyini keçimək çətindirmi?
  108. Türkiyədə dərs alan azərbaycanlı söz ustası və yaxud Türkiyədə az tanınan Azərbaycan Şekspiri
  109. Bir daha Ünsizadələr haqqında
  110. Dünyaya səpələnmiş Ünsizadələr və yaxud Ünsizadələrin nəsil şəcərəsi, soy ağacı
  111. Seyid Əzim Şirvani (1835-1888) və onun gümüş medalının tarixi məqamları
  112. İstiqlal Bəyannaməsini imzalayanlardan biri Kürdəmirli Mustafa Mahmudov
  113. Bizim Bəhicə müəllim - Xalid Səid yadigarı
  114. Karamanoğlu Mehmet Bey ( .... - 1280) və onun türkcəyə sevgisinin tarixi
  115. Sözümüz, savımız, dilimiz - Nazim Hikmətsiz keçən 53 ilimiz
  116. Mətbuat tariximiz-milli düşüncə tariximiz
  117. Bizə hansı elmlər lazımdır və yaxud ...
  118. TQDK-nın tarixdə qalacaq sənədlərindən biri və yaxud bəyənilən maarifçilik fəaliyyətinin təsdiqi
  119. Əməkdar müəllim, professor dünyasını dəyişdi
  120. Soyqırımı günündə dostumu itirmişəm
  121. Bu yaz bir başqa yazdır
  122. Ölümü ilə böyüyü də, kiçiyi də ağladan Vüsal Orucov üçün oxunan elegiya - VİDEO
  123. Xan qızı Natəvanın qocalıqda miras istəyi
  124. Türkiyəli tərbiyə doktoru XƏlil FİKRƏT və bilimsəl psixologiyanın qurucularından biri Ovide DECROLİ Bakıda
  125. Dinməyin,xamuş olun! Yaxud 1884-cü il fevralın 29-da dünyaya göz açan insan...
  126. Azərbaycan dilində yazılmış ilk coğrafiya dərsliyinin müəllifi Əsgər ağa Gorani Adıgözəlov (1857-1910) və yaxud qaranlıqdan və alatoranlıqdan işığa
  127. XIX əsr maarifçisi Səid Əfəndi Ünsizadənin dərsliklərindən biri
  128. Orta məktəbdə bütün fənlər eyni dərəcədə öyrənilməlidir
  129. HƏ, nə oldu, mən deyən oldu,olmadı?
  130. S.Ə.Şirvaninin bir şeirinin yazılma səbəbi və əks-sədası
  131. Rəşid bəy Əfəndizadənin İstanbuldakı "Uşaq bağçası"- 1898-ci il
  132. Dərgahdan başlanan yol
  133. Fikrin ifadə formalarından biri
  134. Təhsil nazirinin kabinetində yaradılan yerüstü bunker
  135. "Həyat"ın çağırışı nə üçün cavabsız qalır?
  136. Hacı Zeynalabdin Tağıyevin Əhmədli kəndindəki ibtidai məktəbin tarixi görüntülərinin iki yarpağı
  137. Tərbiyə doktoru Halil Fikretin oxucu və tədqiqatçıların çoxuna məlum olmayan nadir şəkilləri
  138. Təhsil tariximizin maraqlı səhifələri
  139. Təhsil tariximizdən maraqlı səhifələri
  140. Akademiklərin cərgəsindəki müəllim
  141. Yeni rahat avtobus marşrutu - Nərimanov metrosu - Dəmir yolu İdarəsi və yaxud müəllim, şagird və tələbələr üçün "İVECO" avtobusları
  142. Mübarizə bu gün də var,sabah da...
  143. Xalqımızın türkdilli ilk mətbuat nümunələri
  144. "Əkinçi" qəzeti-140
  145. Mustafanın Çanakkala məktubu
  146. Məktəbdə elm və texnologiya həftəsi
  147. Mübarizə bu gün də var, yarın da....
  148. Halil Fikret və şifahi türkdilli xalq ədəbiyyatımızın Avropadan başlanan təbliğatı
  149. Kim inanmırsa, bu daş, bu da tərəzi...
  150. Yazımızın tarixi-özümüzün tarixi
  151. Fikrət Sadıq -Dədə Qorqud
  152. Tədqiqatçı öz fikrində israrlıdır
  153. Avropa Azərbaycan Məktəbinin olimpiada komandası respublika bilik yarışına vəsiqə aldı
  154. Tarixdə izi və sözü olan insanlardan biri: Cəmo bəy Cəbrayılbəyli
  155. Azərbaycanşünas alim, görkəmli şərqşünas - Mirzə Rəhimov-85
  156. "Dəbistan" jurnalının bir nömrəsinin biblioqrafiyası
  157. Xəlil Fikrət "Tərbiyə və tədris tarixi"
  158. Mirzə Həsən Əfəndi Əlqədari və Azərbaycan
  159. Latın qrafikalı ilk türk kitablarımızdan biri: Hans Stumme, Halil Fikret. "Türkische Lesestoffe…" Leipziq, 1916
  160. "Bağçasaraydan göndərilən məktub"
  161. Diqqət! Diqqət! Məktəb tariximizin qaranlıq səhifələrini işıqlandırırıq!
  162. İ.V.Miçurinin heykəli ucaldılan kənd - Qəbələ, Vəndam kəndi
  163. Maarifçiliyimizin və ədəbi dilimizin tarixi-“Ziya”(“Ziyayi-Qafqasiyyə”) qəzeti -135
  164. Dünya dərsliklərində yuva salan 150 yaşlı "Мотылек" və yaxud birgünlük kəpənəyin tərənnümü
  165. Səsimizə səs vermədikləri üçün ... - Fotolar
  166. Hər gün xatırlanan adam - Fərhad Zeynalov - 85
  167. Abdulla Şaiqin uşaq bağçası
  168. "Ziya"nın biblioqrafiyası
  169. Kasıblığın üzü qara olsun
  170. Bu gün M.Ə.Sabirin ad günüdür
  171. Keçən günə gün çatarmı ... - Fotolar
  172. Elmə yönələn yolun başlanğıcı - FOTO
  173. Bakı, ... küçəsi, Azərbaycan Mətbuat Muzeyi
  174. Otuz doqquz ildən sonra yazılan məktubun təəssüratı
  175. Ucundadır dilimin həqiqətin böyüyü ...
  176. İlk hesab dərsliyimiz
  177. Yusif Vəzirovun kölgədə qalan yazıları
  178. Dostluq etməyi bacaran adam - dostum İsa Əliyev
  179. “Tunğuç”məcmuəsi və ya açılmayan qapılar, pəncərələr…
  180. Mustafa Lütfi Şirvani İsmayılov (1876- ?) və onun Həştərxanda Azərbaycan dilində nəşr olunan "Bürhani-tərəqqi" qəzeti
  181. Dərslik, dərslik, yenə də dərslik...
  182. M.Ə.Rəsulzadənin bir məqaləsinin çağırışları və yaxud Əli bəy Hüseynzadənin sorğusu :"Anladınızmı?"
  183. "Molla Nəsrəddin"in Bakı vəkilərindən biri- Məhəmməd Əmin Rəsulzadə
  184. " Riyazi isbat və məntiqi təfəkkür " - FOTO
  185. "ZİYA"lı ziyalı - Foto
  186. Məhəmməd Əmin Rəsulzadə nə vaxt anadan olmuşdur?
Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
25-02-2018
24-02-2018
24.02.2018 Neft bahalaşıb
23-02-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.8205 san