Azərbaycanda ermənişünaslıq sahəsinin tədqiqinə dair: reallıqlar, perspektivlər

12:20 / 21.09.2017

Azərbaycan üçün olduqca strateji əhəmiyyət daşıyan ermənişünaslıq sahəsinin ölkəmizdə tədqiqi olduqca gəncdir və belə demək mümkündürsə, XX əsrin 80-ci illərindən bu sahə az-çox dərəcədə öyrənilməyə başlanmışdır.

Ermənişünaslıq ümumi şəkildə ermənilərin tarixi, dili, folkloru, ədəbiyyatı, maddi və mənəvi mədəniyyəti haqqında elmlərin məcmusudur. Aparılan araşdırmalar göstərir ki, hər hansı konkret ölkədə (Rusiya, Fransa, ABŞ, Almaniya və b.) ermənişünaslıq ümumi cəhətləri ilə birgə, müəyyən spesifikaya malik olur.

Lakin Azərbaycanda ermənişünaslıq sahəsinin tədqiqi bir qədər fərqli xüsusiyyətlər kəsb edir. Belə ki, bu gün Ermənistan adlandırılan torpaqların böyük bir hissəsinin tarixi Azərbaycan torpaqları olması, həmin torpaqlarda yaşayan Azərbaycan türklərinin taleyi, Azərbaycanın Dağlıq Qarabağ bölgəsində albanların deetnizasiyası, ermənilərin Azərbaycan torpaqlarına kütləvi şəkildə köçürülməsi, onların azərbaycanlılara qarşı soyqırımı siyasəti və digər məsələlər Azərbaycanda ermənişünaslığın hüdudlarını genişləndirir.

Tarixi faktlara əsasən, ermənilər Qafqaza gəlmədirlər, aborigen deyillər, çarizm və onun sonrakı varisi tərəfindən köçürülmüşlər. Buna dair yüzlərlə mötəbər mənbə vardır. Görkəmli rus şərqşünası İ.M.Dyakonov yazır ki, müasir ermənilərin əcdadları olduğu güman edilən köçəri qəbilələr – haylar eramızdan əvvəl təxminən XII əsrdə Balkan yarımadasından hərəkətə başlayıb Kiçik Asiyaya keçmiş və Yuxarı Fərat vadisində (Van gölünə doğru ərazilərdə) məskən salmışlar. Cənubi Qafqazda, o cümlədən də indi Ermənistan adlanan ərazidə qədim türklər (saklar, skiflər, kimmerlər, hunlar, barsillər, oğuzlar, qıpçaqlar) hakim olanda həmin ərazidə ermənilərdən əsər-əlamət yox idi. Erməni tarixçisi Karen Yüzbaşov yazır ki, səlcuqların gəlişinədək – XI əsrdə indi Ermənistan adlandırılan ərazidə türklər yaşayırdılar.

Göründüyü kimi, tarixi mənbələrdən gətirdiyimiz məlumatlar Azərbaycanda ermənişünaslıq sahəsinin öyrənilməsinin daha zəruri olmasını söyləməyə əsas verir. Əvvəla, Qafqaza və tarixi Azərbaycan torpaqlarına çarizm və onun sonrakı varisi keçmiş SSRİ rəhbərliyi tərəfindən köçürülən ermənilər üzərindən bir qədər zaman ötdükdən sonra özlərini köçürüldükləri Azərbaycan torpaqlarının əsl sahibi kimi aparmış, məskunlaşdıqları ərazilərdə də havadarlarının məqsədli yardımları ilə etnik təmizləmə siyasətinə başlamış, tarixi saxtalaşdırmış, hətta aborigen əhalinin maddi-mədəniyyət nümunələrini yer üzündən silmiş və ya özününküləşdirmiş və hazırda da bunu dövlət siyasətinin bir hissəsinə çevirmişlər.

Bax, bu baxımdan qonşu ermənilərin məkrli dövlət siyasətinin qarşısını almaq və tarixi həqiqətləri gələcək nəsillərə çatdırmaq üçün Azərbaycanda ermənişünaslıq sahəsinin öyərnilməsi aktual bir məsələ kimi qarşıya çıxır. Azərbaycanda ermənişünaslıq sahəsinin öyrənilməsini zəruri edən bu məlumatların təhlilindən sonra ölkəmizdə belə bir mərkəzlərin olub-olmamasına da diqqət yetirəsi olsaq, bu sahədə də boşluqların olduğunu görə bilərik. Dünyada, o cümlədən qonşu Gürcüstanda bir sıra ermənişünaslıq mərkəzlərinin XX əsrin əvvəllərindən fəaliyyət göstərmələrinə baxmayaraq, Azərbaycanda ermənişünaslığın institutlaşması son illərə qədər diqqətdən kənarda qalmışdır. Əgər nəzərə alsaq ki, bəhs olunan ölkələr Azərbaycan kimi ermənilərin məkrli planları ilə üz-üzə qalmayıb, hətta onların torpaqlarına bu şəkildə ermənilər köçürülməyib, eyni zamanda, onlar soyqırımlarına, 1948-1953-cü illərdəki kimi deportasiyalara məruz qalmayıblar, onda bəhs olunan ölkələrdə deyil, Azərbaycanda bu sahənin öyrənilməsi daha erkən başlanmalı idi.

Digər tərəfdən, onu da qeyd etmək lazımdır ki, Azərbaycanda ermənişünaslığa aid edilən əsərlər müxtəlif ali məktəb, mətbuat və başqa sahələrdə çalışan şəxslər tərəfindən yazılmışdır. Müqayisə üçün qeyd edək ki, Tbilisi Universitetində 1922-ci ildə armenistika kafedrası (rəhbəri L.M.Meliksetbek) açılmışdı. 1960-cı ildə yaradılmış Gürcüstan EA Şərqşünaslıq İnstitutunun fəaliyyətində də ermənişünaslıq əsas istiqamətlərdən idi. Ermənistanda isə türkologiya, qafqazşünaslıq, xüsusilə gürcüşünaslıq və albanistikanın institutlaşması səviyyəsi XX əsrin 20-ci illərindən başlamışdır. Azərbaycanda isə 2008-ci ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsinin nəzdində "Ermənişünaslıq'' elmi-tədqiqat laboratoriyası və 2016-cı ildə AMEA Qafqazşünaslıq İnstitutunun yaradılması və İnstitutun tərkibində "Ermənişünaslıq'' şöbəsinin açılması bu sahədə olan boşluqlara bir töhfə kimi qiymətləndirilə bilər. Düzdür, bəhs olunan mərkəz və şöbələr yenidir, burada çatışmazlıqlar da mövcuddur.

Azərbaycanda ermənişünaslıq sahəsinin lazımi səviyyəyə qaldırılması üçün ilk öncə bu sahədə kadr potensialını artırmalı, bu sahə üzrə müvafiq dərslik və ədəbiyyatların yazılması işi sürətlənməli, dünyanın qabaqcıl ermənişünaslıq mərkəzləri, xüsusilə Türkiyə, Rusiya, Gürcüstan, ABŞ-dakı bu tipli mərkəzlərlə ikitərəfli və çoxtərəfli əlaqələr qurulmalı və bu sahə dövlətimizin strateji maraqlarının tərkib hissələrindən biri kimi hər zaman diqqət mərkəzində olmalıdır. Əgər belə olarsa, tarixi həqiqətləri bərpa edərək dünya dövlətlərinin diqqətinə çatdıra, düşmənin məkrli siyasətinin qarşısını ala, işğal altında olan ərazilərimizi düşmənimizin siyasi, iqtisadi, mədəni, mənəvi terrorundan xilas edə və gələcək nəsillərə çatdıra bilərik!

Ziyad Əmrahov,

tarix üzrə fəlsəfə doktoru,

AMEA Qafqazşünaslıq İnstitutunun Ermənişünaslıq şöbəsinin müdiri


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM