10:34 18 Oktyabr 2017
207 dəfə oxunub
Çap versiyası
...

Bu gecə "Ramstore" yol qovşağında rənglənmə işləri aparılacaq.

"Azəravtoyol” ASC-dən Strategiya.az-a verilən məlumata görə, avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə yolcizgi və yolgöstərici xətlərinin yenidən rənglənməsi və yenilərinin çəkilməsi işləri çərçivəsində bu gün axşam saat 22:00-dan etibarən Heydər Əliyev prospekti, Babək prospekti və Yusif Səfərov küçələrinin kəsişməsində, "Ramstore" yol qovşağında üfüqi nişanlanma xətlərinin yenidən çəkilişi işləri aparılacaq.

Adı çəkilən ərazidə işlərin aparılması ilə əlaqədar olaraq avtonəqliyyat vasitələrinin hərəkəti qismən (yol bağlanmadan) mədudlaşdırılacaq. Rənglənmə işləri səhər saatlarınadək yekunlaşdırılacaq. Sürücülərdən sözügedən ərazidə diqqətli olmaları xahiş olunur.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
24-11-2017
23-11-2017
23.11.2017 Neft ucuzlaşıb
22-11-2017

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.3855 san