10:51 18 Oktyabr 2017
348 dəfə oxunub
Çap versiyası
...

Filippin Prezidenti Rodriqo Duterte Mindanao adasında yerləşən Maravi şəhərinin oktyabrın 17-də terrorçulardan azad olunduğunu bəyan edib.

R.Duterte “Əbu-Səyyaf” qruplaşmasının lideri İsnilon Hapilonun həlak olması barədə xəbər təsdiq edildikdən bir gün sonra Maravi şəhərinə gəlib. “Əbu-Səyyaf” qruplaşması İŞİD terrorçularına sədaqət andı içib.

Maravidə hərbi qulluqçular qarşısında çıxış edən R.Duterte bildirib ki, indi şəhərin bərpasına başlanılacaq.

Bununla yanaşı, təqribən 30 yaraqlının yerli sakinləri hələ də girov saxladığını bildirən hərbçilər mübarizənin davam etdiyini deyiblər.

Vüqar Ağayev


Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
18-06-2018
18.06.2018 Neft ucuzlaşdı
17-06-2018
16-06-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.8482 san