11:11 18 Oktyabr 2017
221 dəfə oxunub
Çap versiyası
...

Kürdüstan Regional Hökumətində peşmərgələrin 2003-cü ilin sərhədlərinə geri qayıtma barədə razılıq informasiyasına reaksiya olaraq neftin qiyməti 1 faiz düşüb. Bu isə Birləşmiş Ştatlar və İran arasında gərginliyin daha da artmasına səbəb olub.

 

Xatırladaq ki, cümə günü ABŞ prezidenti Tramp İranla nüvə razılaşmasını sertifikalaşdırmaqdan imtina etmişdi. Son qərarı isə Konqres 60 gün ərzində verəcək. Sanksiyaların verilməsi İrandan neftin çıxarılmasında məhdudiyyətlərə səbəb olacaq. İrana qarşı bundan əvvəlki sanksiya raundunda dünya bazarından 1 mln. barel neftin çıxarılmasına səbəb olmuşdu.

 

Bağdad hökuməti çərşənbə axşamı günü Şimali İraq ərazisini kürdlərdən təmizlədi. Bu da ölkədə güc balansını dəyişdi. İraqın əsas neft hasil olunan rayonlarından birində döyüş fəaliyyətləri neft qiymətləri ilə bağlı risqi bərpa etməyə kömək etdi, lakin rəsmilər regionda neft yataqlarının normal rejimdə işlədiyini bildirdilər.

 

Goldman Sachs bəyan etdi ki, Kərkükdə gündə 500 min barrel neft hasil edən və Kürdüstandan İraqın şimalına kimi uzanan neft yataqlarının klasteri münaqişəyə görə təhlükə altındadır.

 

«Neft və geosiyasət bir biri ilə rabitədədir. Neft təhlükəsizliyi vacib problem olaraq qalır», - deyə Beynəlxalq Enerji Agentliyinin icraçı direktoru Fatih Birol bəyan edib./faktxəbər


Şərh yaz




Enter Code*:

Son xəbərlər
Neft ucuzlaşıb
09:20 23.11/2017
 
Xəbər başlıqları
24-11-2017
23-11-2017
23.11.2017 Neft ucuzlaşıb
22-11-2017

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.3785 san