08:46 19 Oktyabr 2017
226 dəfə oxunub
Çap versiyası
...

Türkiyə vətəndaşına ərə gedən azərbaycanlı qadına qaynı göz dikdi.

 

Xezerxeber.az-ın məlumatına görə, 26 yaşlı Məleykə Sumqayıtda doğulub. 7 yaşından Rusiyada yaşayıb. 18 yaşında isə Türkiyənin Kayseri şəhərinə, xalasının yanına gedib. Elə orda da ailə qurub.

 

Birgə nikahdan onların 2 qız övladı doğulub. Ailə qurarkən 15 yaşında olan qaynı əsgərlikdən gəldikdən sonra qadının namusuna göz dikib.

 

Baş verənləri ailəsinə danışan qadına evdə heç kəs inanmayıb. Qayınanası onu boşanmaq adıyla oğluna şər artmaqda günahlandırıb. Baş verənlər onun ailə münasibətlərinin pozulması ilə nəticələnib. Əri qadını hər yerdə qısqanmağa başlayıb. Məleykə ayrılmaq qərarına gəldikdə isə əri tərəfindən bıçaqlanıb.

 

Ərini polisə şikayət edən qadın, sağlamlığına qovuşduqdan sonra iş yoldaşıyla vətəndaş nikahında yaşayıb. Onun hamilə olduğunu bilən kişi qadından imtina edib. Sənədləri qaydasında olmadığından Məleykə Türkiyədən deportasiya edilib. Bir ay əvvəl isə 3-cü dəfə qız anası olub.

 

Üç qardaşın bir bacısı olan Məleykəyə ailəsi sahib çıxmadığından o, "Təmiz Dünya" qadın sığınacağına üz tutub.

 

Qadın, birinci ərinin həbs olunması üçün Türkiyəyə getməli olduğunu deyir. Lakin 8 ay sonra cərimə miqdarını ödədikdən sonra Türkiyəyə qayıda bilər. 5 və 4 yaşlı qızlarını görməyən qadın, onlar üçün göz yaşı tökür. O, səbirsizliklə hər üç övladıyla birgə yaşayacağı günü gözləyir.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
Payız meşəsi
09:25 22.11/2017
 
Xəbər başlıqları
24-11-2017
23-11-2017
23.11.2017 Neft ucuzlaşıb
22-11-2017

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.3947 san