08:57 19 Oktyabr 2017
787 dəfə oxunub
Çap versiyası
...

Bu ilin 6 ayı ərzində ölkədə 32 nəfər valideynlik hüququndan məhrum edilib. Ümumilikdə isə bu müddətdə birinci instansiya məhkəməsində Azərbaycanda valideynlik hüququndan məhrum edilmə ilə bağlı 66 mülki işə baxılıb. Onlardan təxminən yarısının iddiası təmin edilib.

 

Valideynlik hüquqlarının məhdudlaşdırılması ilə bağlı isə 46 mülki işə baxılıb. Onlardan 41-nin iddiası təmin edilib.

 

Bəs valideynlər hansı hallarda valideynlik hüququndan məhrum edilə bilər?

 

Hüquqşünas Xəyal Bəşirov deyir ki, valideynlər əsasən öz öhdəliklərini yerinə yetirmədikdə valideyn hüququndan məhrum edilirlər.

 

Xəyal Bəşirovun sözlərinə görə, hər hansı bir şəxsin valideynlik hüquqları yalnız məhkəmənin verdiyi qərardan sonra məhdudlaşdırıla bilər. Bununla belə, elə məhkəmə verdiyi qərarla da valideynlik hüququnu yenidən bərpa etmək mümkündür.

 

Qeyd edək ki, ötən il Azərbaycanda valideynlik hüququndan məhrum edilmə ilə bağlı 123, valideynlik hüquqlarının məhdudlaşdırılması ilə bağlı isə 86 mülki işə baxılıb.

 

 


Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
19-02-2018
19.02.2018 Qubada bıçaqlanma
18-02-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.3977 san