15:45 20 Oktyabr 2017
278 dəfə oxunub
Çap versiyası
...

2 kiloqram 106 qram qızıl zinət əşyaları aşkarlanıb.

Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postunda Gürcüstan ərazisindən tranzit keçməklə Türkiyədən Azərbaycana gələn Türkiyə vətəndaşının idarə etdiyi “İveco 440 S” markalı, 34 KL 4479 nömrə nişanlı yük nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Stasionar rentgen qurğusuyla (HCVG6032 markalı) aparılan yoxlama zamanı monitorda şübhəli predmetlərin təsviri görünüb. Həmin təsvir nəqliyyat vasitəsinin salonunda, sürücünün əyləşdiyi yerin üst hissəsində olan boşluqda müşahidə edilib. Həmin yerdə aparılan ayrıca yoxlama nəticəsində isə 7 ədəd sellofan bükülü aşkar edilib.

Aşkar olunan sellofan bükülülərə baxış zamanı isə hər birinin içərisində müxtəlif sayda və növdə, qablaşdırılması ilə birgə ümumi çəkisi 2 kiloqram 106 qram olan qızıl-zinət əşyaları aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
Sabah sulu qar yağacaq
12:57 24.11/2017
 
Xəbər başlıqları
25-11-2017
24-11-2017

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.3451 san