20:55 20 Oktyabr 2017
181 dəfə oxunub
Çap versiyası
...

Bakıda kişilər və qadınlar arasında grappling və grappling-gi üzrə sayca 10-cu dünya çempionatının açılış mərasimi keçirilib.

Mərasimdə gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov çıxış edərək dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin idmana göstərdiyi diqqət və qayğının nəticəsi olaraq bu gün Azərbaycanın beynəlxalq yarışlara uğurla ev sahibliyi etdiyini bildirib. O, bu gün Azərbaycanın dünyada idman ölkəsi kimi tanınmasının təsadüfi olmadığını vurğulayıb.

Dünya Grappling Komitəsinin sədri Rizvan Boçkayev deyib ki, bu il grappling idman növünün inkişafında mühüm işlər görülüb. Sentyabrda Astana şəhərində Asiya ölkələri arasında grappling çempionatının və bu gün Bakıda dünya çempionatının keçirilməsi idmanın bu növünün inkişafında vacib rol oynayır.

Azərbaycan Grappling və MMA Federasiyasının prezidenti Azad Əsgərov yarışda iştirak edən idmançılara uğurlar arzulayaraq bildirib ki, dünya çempionatının Azərbaycanda keçirilməsi ölkəmizdə idmanın yüksək səviyyədə inkişaf etdiyinin bariz nümunəsidir. O, Prezident İlham Əliyevin idmana və idmançılara göstərdiyi diqqət və qayğını xüsusilə vurğulayıb.

Açılış mərasimindən sonra tədbir konsert proqramı ilə davam edib.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
24-11-2017
23-11-2017
23.11.2017 Neft ucuzlaşıb
22-11-2017

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.3723 san