21:02 20 Oktyabr 2017
791 dəfə oxunub
Çap versiyası
...

Bakıda üzərində Ermənistan bayrağının rəngləri olduğu deyilən avtomobilin sahibi Şahin Xanəliyev məsələyə aydınlıq gətirib.

Ş.Xanəliyev açıqlamasında bildirib:

“Mən özüm Çexiyada yaşayıram. Bu gün Azərbaycana gəlmişəm və avtomobili məhz bu gün idarə etmişəm. Ancaq o avtomobili təqribən 5 il əvvəl Bakıda avtosalonlardan birindən almışam. Avtomobili aldığım zaman üzərində həmin işarə olub. Bu, Ermənistanın bayrağı deyil. Necə ola bilər ki, avtomobilin üzərində Ermənistanın bayrağı olsun, mən də ona göz yumum?! Ola bilər rənglər hansısa formada uyğun gəlsin, ancaq Ermənistanın bayrağı deyil”.

Ş.Xanəliyev artıq həmin rəngi pozdurduğunu deyib: “Artıq emblemin üzərindəki narıncı rəngi pozdurmuşam. Əgər bu rənglər söz-söhbətə səbəb olursa, sözsüz ki, o emblemi tamamilə ləğv edəcəyəm. Biz elə adamlar deyilik, həmişə xaricdə Azərbaycan bayrağını uca tutmuşuq”.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
24-11-2017
23-11-2017
23.11.2017 Neft ucuzlaşıb
22-11-2017

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.383 san