22:51 20 Oktyabr 2017
1033 dəfə oxunub
Çap versiyası
...

İki il əvvəl Zaqatala rayonu Car məscidində imam vəzifəsindən azad olunan hacı Məhəmməd Vasiyev Qafqaz Müsəlmanları İdarəsinin əmrinə tabe olmayaraq, fəaliyyətini davam etdirir.

 

O,  açıqlamasında 2015-ci ildə vəzifəsindən azad edildiyini qəbul edir.

, Məhəmməd Vasiyev bildirir ki, həm 2 ildir kəndə yeni imam təyin edilmədiyinə görə, həm də kənd camaatının xahişi ilə fəaliyyətini davam etdirir. Bununla bərabər, məscidin dindarları tərəfindən onun işinə bərpa olunması üçün Qafqaz Müsəlmanları İdarəsinin bölgə nümayəndəliyinə müraciət edilib.

 

Qafqaz Müsəlmanlar İdarəsinin Zaqatala bölgəsi üzrə qazisi hacı Malik Bilalov isə bildirir ki, həmin məscidin imamı ondan əvvəlki qazinin vaxtında, yəni 2015-ci ildə işdən azad olunub. Sözügedən məscid Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində təkrar qeydiyyatdan keçmədiyindən idarə tərəfindən Car məscidinə imam təyinatı olmayıb. Onun sözlərinə görə, məscid yenidən qeydiyyatdan keçərsə, bu məsələyə baxıla bilər.

 

 


Şərh yaz




Enter Code*:

Son xəbərlər
Payız meşəsi
09:25 22.11/2017
 
Xəbər başlıqları
24-11-2017
23-11-2017
23.11.2017 Neft ucuzlaşıb
22-11-2017

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.635 san