23:02 20 Oktyabr 2017
1031 dəfə oxunub
Çap versiyası
...

Azərbaycan təhsilinə ağır itki üz verib.
Belə ki, Şöhrət” ordenli pedaqoq Sumqayıt təhsilində verdiyi töhfələrlə iz buraxmış Minarə Tahirova vəfat edib. 81 yaşlı pedaqoqun vəziyyəti pisləşib və aparılan reanimasyon tədbirlərə baxmayaraq M. Tahirovanı xilas etmək mümkün olmayıb.
1959-cu ildən taleyini Sumqayıtla bağlayan müəllimi bu şəhərə münasibətini belə ifadə edirdi:
"Sumqayıt hər bir sumqayıtlının tale şəhəridir. Mənim isə öz şəhərimdir.”
Qeyd edək ki, Minarə Məmməd qızı Tahirova 1936-cı ildə Göyçayda ziyalı ailəsində anadan olub. 1954-cü ildə o vaxtkı APİ-nin tarix fakültəsinə daxil olub. 1959-cu ildən bu günə qədər taleyini Sumqayıtla bağlayıb. Əvvəlcə 12 saylı məktəbdə ibtidai sinif müəllimi, sonra indiki 10 saylı məktəbdə direktor müavini,23 saylı məktəbdə direktor vəzifəsidə çalışmışdır. 1981-1983-cü illərdə şəhər təhsil şöbəsinin müdiri, 1983-1986-cı illərdə Sumqayıt şəhər Partiya Komitəsinin katibi vəzifəsində işləyib. 1987-ci ildən 2011-ci ilədək N.Gəncəvi adına TTEL-in direktoru işləyib. "Əmək igidliyinə görə", "Əməkdə fərqlənməyə görə", "SSRI təhsil əlaçısı", "Respublika qabaqcıl maarif xadimi" döş nişanları ilə təltif olunub. 2000-ci ilin 18 martında Prezidentin fərmanı ilə "Əməkdar müəllim" adına layiq görülüb, prezident təqaüdçüsüdür. 2006-cı ildə isə "Şöhrət” ordeni ilə təltif edilib.
Sumqayıt təhsilinin "anası" və "Müəllimlər müəllimi" adlandırılan M. Tahirova ilə vida mərasimi keçirilib. Nəriman Nərimanov adına Mədəniyyət Mərkəzində keçirilən vida mərasimində Sumqayıt şəhər İcra Hamimiyyətinin başçısı Zakir Fərəcov, təhsil işçiləri və şəhər ictimaiyyət nümayəndələri iştirak edib.
Çıxışlarda Minarə Tahirovanın Sumqayıt təhsilində göstərdiyi xidmətlərdən və tövhələrdən geniç söhbət açılıb. Bildirilib ki, Minarə xanımın ömrü bir çırağa bənzər. Sönənə qədər bilik dolu hərarətini şagirdinin duyğularına, idrakına hopdurdu. O, şagirdin mənəvi dünyasındakı qaranlıqları öz işığı ilə əritdi və nurlandırdı: "Yaxşı müəllimin pis şagirdi ola bilməz. Çünki yaxşı müəllim ən pis şagirdi belə öz təsiri altına alıb tərbiyə etməyə, onu əsl insana çevirməyə qadirdir. Minarə müəllim də belə şəxslərdəndir. "
Çıxışlardan sonra Sumqayıt təhsilinin "anası" şagirdlərinin çiynində son mənzilə yola salındı. Mərhum Sumqayıt şəhər qəbiritanlığında dəfn olunub.
Xeberle.com olaraq Minarə Tahirovanın vəfatından kədərləndiyimizi bildiririk və yaxınlarına dərin hüznlə başsağlığı veririk.
Allah rəhmət eləsin!
Xeberle.com

Sumqayıt təhsili "anasını" itirdi: sevimli müəllim son mənzilə belə yola salındı - VİDEO + FOTOLAR(YENİLƏNİB)

Şərh yaz

Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
25-11-2017
24-11-2017

Bütün xəbərlər

© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.6677 san