12:22 22 Oktyabr 2017
1128 dəfə oxunub
Çap versiyası
Səməd Vəkilov
Hüquqşünas

 

    Bayramov Zakir Cahan  oğlu   35 il  hüquq mühafizə orqanlarında çalışıb. O,  işlədiyi dönəmdə qüsursuz fəaliyyəti ilə bərabər həm də insanların yaddaşında gözəl insan kimi qalıb. Polis əməkdaşı kimi Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə Qubadlı, Şuşa, Cəbrayıl rayonlarında ağır döyüşlərdə iştirak edib. Bu günlərdə onun 70 yaşı tamam olub.  Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı onun xidmətini  Azərbaycan Xalq Cümhuriyyətinin müdafiə naziri olmuş Səməd bəy Mehmandarov adına medulla təltif edib.Təşkilatın sədr müavini,   polkovnik Cəlil  Xəlilov təşkilat adından medalı ona təqdim edərək   Zakir Bayramovun  Azərbaycanın vətənsevər oğlu kimi şəxsiyyətini xarakterizə etmişdir. Polkovniki bu sözləri Zakir Bayramovun yubiley təntənəsinə çevrimişdir. Dostları onun barəsində ağız dolusu danışır. Onu yaxından tanıyan Prezident Administarsiyasının əməkdaşı  Rasim Mirzəyevdə  hələ tələbəlik dövründən    Zakir Bayramovu Bakı Dövlət Universitetində oxuduğu illərdən tanıdığını  və onun yaddaşında saf əqidə və ləyaqət rəmzi kimi qaldığını söyləyir.     

Yuxarıda göstərilənlər  dostların   Hacı Zakir deyə müraciət etdiyi Zakir  Bayramovun həyat hekayəsinin rəsmi xronikasının bir hissəsidir. Onun insan  kimi portiret cizgilərini  göz önündə canlandırsaq  ruhunda müsbət emosiya gəzdirən bu insan    ətrafa  pozitiv enerji verməsinin şahidi olarıq. O, yumor hissi olan  zarafatcıl bir insandır.  Azərbaycan Vətən Müharibəsi Veteranları  Səbail təşkilatı sədri  İlham Əliyevin ofisi  Hacı Zakirin dostlarla görüş yeridir. Çox nəsnələrə şahidlik edən bu ofis həm də işdən sonra nərtaxta həvəskarlarının təmas nöqtəsidir. Bu mənada Mehdi Huseyn 1 A ünvanını işdən sonra  nərtəxta sevərlərin klubu da adlandırmaq olar. Ustalıq məharətinə görə klubun rəhbəri  Hacı Zakir hesab olunur. Ərazidə hər kəs onun ustalığını qəbul edir.  Nərtaxtanı yüksək məharətlə oynamsına baxmayaraq heç vaxt mən kiminsə dərsini verdim oyunu apardım deyə qürrələnməz. Bu onu sadə və təvəzökar xarakterindən xəbər verir.  Klub üzvüləri Hacı Zakirə uduzmağı ayıb saymırlar.Deyirlər kişi sənətkardı da. Klub üzvüləri bəzən oyuna yeni qoşulan “oyunçular” olanda bir fəndlə Hacı Zakiri qabağa verib onun dərsini verməyidə zövqlə edirlər.

     Həyatın hər üzünü görmüş və özmrünün müdrik çağlarını yaşayan Hacı Zakir haqqında bu  yazı onun şərəfli ömür yolunun kiçik bir parçasını əhatə edir.Uca Tanrı Sizə bu şərəfli ömür yolunda yar olsun!  Ömür karvanınız Sizi yüilliyə çatdırsın inşallah! 


Müəllifin digər yazıları

  1. Üçüncü şəxs kim olub? Polkovnik belə söyləyir!
  2. NƏDƏN XOCALIYA GEDƏ BİLMƏDİK?
  3. Kərəm özünü necə "yandırdı?!..."
  4. Hacı Zakir Bayramov -70
  5. Ömür dediklərin bir karvan yolu.... (Hacı Sədrəddinin xatirəsinə həsr edilir)
  6. RAMİN QASIMOVU TANIYAQ
  7. Dostların ərk yeri Rasim Mirzəyev!
  8. MÜDRİKLİK MƏBƏDGAHI – USTAD ƏLİƏKBƏR HƏSƏNZADƏ: Fotolar
  9. HƏSƏNİ TƏCİLİ HƏCCƏ GÖNDƏRİN...
  10. Multikulturalizmin etnosiyasi çalarları
  11. Mədəni irsimizin qorunmasi və manqurtlaşdirilmiş gənclik!
  12. Vəkil Akif Əlizadə haqqında...
  13. Tarixi yaddaşın gen daşıyıcısı Əhməd Vəkilov
  14. ƏRK QALASI !
  15. Məhkumluq, yaxud Məmməd ağa Şahtaxtinski və Əhməd bəy Ağayev bir-birini sevirdimi?
  16. Ömür dedikləri bir karvan yolu...!
  17. ANAN ÖLSÜN AY MARK, NADİRİ NƏ GÜNLƏRƏ SALDIN?!
  18. Sürayyə Ağaoğlu Türkiyənin ilk qadın vəkili - Fotolar
  19. Əhməd Cavad - Yol ver Türkün bayrağına!
  20. Zeynəb ...duyğu və harmoniya!
  21. Azərbaycanın ilk hüquq professoru Mustafa Ağa Vəkilovun 115 illk yubileyi tamam olur
  22. Sevda yolçusu ...
Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
25-05-2018
24-05-2018
24.05.2018 Şabranda ev yanıb
24.05.2018 Neft ucuzlaşıb
23-05-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
2.0956 san