11:20 23 Oktyabr 2017
Çap versiyası
Nazim Nəsrəddinov
Azərbaycan Respublikasının əməkdar müəllimi



İyulun 4-də FACEBOOK dostlarımın birindən bir məktub aldım. Məktub Azərbaycanın görkəmli maarifçisi Səid Ünsizadənin (1825, Şamaxı - 1905, İstanbul) bir əsrdən bəri axtarılan şəklinin tapılması haqqında yazdığım məqalə ilə ilgili idi.

... Aydınlıq məqsədilə bütün oxuculara Səid Ünsizadə haqqında bir neçə söz söyləmək istəyirəm. Səid Ünsizadə ümummilli liderimiz Heydər Əliyevin çox yüksək qiymətləndirdiyi görkəmli maarifçilərimizdən biridir. O, Şamaxıda qazı işlədiyi illərdə burada 1874-cü ildə "MƏCLİS MƏKTƏBİ" adlı nümunəvi ibtidai məktəb açmış, 

1878-ci ildə Tiflisdə nəşriyyat fəaliyyətinə başlamış, 1879-1884-cü illərdə Zaqafqaziyanın inzibati mərkəzində-Tiflisdə "ZİYA" adlı həftəlik ictimai, ədəbi və pedaqoji  məzmunlu  qəzetin nəşrinə müvəffəq olmuşdur.

 Səid Ünsizadə Tiflisdə Zaqafqaziya Əhli -Təsənni İdarəsinin üzvü  olsa da, tutduğu vəzifə çərçivəsində ən çox maarifçilik məsələləri ilə məşgul olmuş, gənc nəslin mükəmməl məktəb təhsilinə cəlbi yolunda böyük işlər görmüşdür.

Ana dilində yazıb çap etdirdiyi dərsliklər, oxu kitabları, "Kəlilə və Dimnə" adlı nəsihətnamə və öyüdnamə əsərinin "Hümayünnamə" adı ilə  türk dilinə tərcüməsi, Quranın türk dilində təfsirinin hazırlanması, ədəbi dilimizin formalaşdırılmasındakı xidmətlər- Səid Ünsizadənin pedaoji və ictimaii-siyasi fəaliyyətinin yaxşı və aydın görünən istiqamətləridir.

Təəssüf ki, Səid Ünsizadənin maarifçilik fəalliyyəti onun sağlığında da, sonralar da qısqanclıqla üzləşmişdir. Tiflisdə bədxahları tərəfindən çətinliklərlə üzləşən Səid Ünsizadə  müftilik uğrunda mübarizədən uzaqlaşdırılıb, doğma şəhəri Şamaxıya göndərilir və o, burada vaxtilə işlədiyi vəzifəyə yeni təyinat alır. 

S.Ünsizadənin Şamaxıya qayıdışı əksəriyyət tərəfindən rəğbətlə qarşılanır. Bu qarşılanma və Səid  Ünsizadənin yeni təyinatla Şamaxıda görəcəyi işlər onun ən yaxın dostlarından biri olan  S.Ə.Şirvaninin 117 beytlik qəsidəsində ustalıqla nəzmə çəkilmişdir. Bu qəsidə ilk dəfə "Ziyayi -Qafqasiyyə" qəzetinin 1884-cü ildəki 4-cü nömrəsində dərc olunmuşdur.

Tiflisdəki bədxahları S.Ünsizadəyə Şamaxıda da dinclik vermirlər. Səid Ünsizadə haqqında yazılan dedi-qodular gündən-günə artır. S.Ünsizadə bədxahların pis əməllərindən bezib, ərizə yazıb işdən çıxır və Bakıda işləmək qərarına gəlir. Mətbuat vasitəsilə rus müsəlmanlarını yuxudan oyatmaq istəyən Səid Ünsizadə Bakıda da qala bilmir, 1890-cı ildə türk dünyasının baş şəhərinə-İstanbula  gedir.

S.Ünsizadə ömrünün son 15 ilini İstanbulda  yaşayır və təhsil sahəsində geniş və səmərəli fəaiyyət göstərir. Bakıda nəşr  olunan "Həyat "qəzetində verilən bir acı xəbərə görə türk dünyasının fazillərindən biri olan Səid Ünsizadə ömrünün 80-ci sinnində İstanbulda vəfat edir. ("Həyat" qəzeti, 5 iyul 1905-ci il, N 21).

 

       ***

...Yenidən dostdan gələn məktuba qayıdıram.Məktubda "Ziya" qəzetinin tədqiqi yolunda gördqyüm işləri dəyərləndirən dostum  mənə ərkyana  şəkildə bildirir ki, guya mən "Ziya" qəzetinin ilk nömrəsinin çıxdığı tarixi bilmirəm,onlarınAMEA Ədəbiyyat İnstitutunda gördükləri işlərə kölgə salıram.

Ciddi  ittihamdır.Lakin layiqli deyil...

 


 Məsələ burasındadır ki,mənim bu mövzuda yazdığım yazılar Azərbaycanda da,Türkiyədə də,Rusiyada da oxucular və elmi ictimaiyyət  yərəfindən maraqla qarçılamışdır.  

Məktub müəllifi "Ziya" qəzetinin  ilk nömrəsinin 1879-cu il dekabrın 6-da çap olumnasında  israrlı idi.Mənim yazılarımda isə bu tarixdə çıxan nömrə "Ziya"nın  müsəlman təqvimi ilə  çıxan ikinci sənəsinin-1297-ci ilin ilk nömrəsi kimi göstərilir.

Mən  "Ziya" qəzetinin 1879-1880-ci illərdə çıxan 30 nömrəsinin  latın qragfikasına transliterasiya edilərək  2013-cü ildə "Qanun" nəşriyyatı tərəfindən çap edilməsini böyük maraqla qarşılamışdım.

Təəssüf ki,  "Ziya"nın  1879-cu ildə çıxan ilk  46  nömrəsi (N1, 25.01.1879  -... N 46, 30.11.1879)-qəzetin  ilk sənəsinin  nömrələri- transliterasiya kitabına düşməyib.Əslində bu, tədqiqatçıların böyük günahıdır.Bu günahı yumağın ən yaxşı yolu rəsmi etirafdır.Və bu etirafdan sonra unudulmuş 46-ların nəşrinə başlamaq lazımdır. Özü də ciddiliklə və məhəbbətlə...

 

 

P.S.Facebook dostum filologiya elmləri doktoru, professor Asif Rüstəmlinin mənə ünvanladıı məktubu olduğu kimi diqqətinizə çatdırıram.

 

Asif Rustemli

 

· 6 İyul · 

 

“ZİYA” QƏZETİNİN YARANMA TARİXİ, yaxud bir hərf düşümünün yaratdığı yanlışlıq

 

 

 

Hörmətli Nazim Nəsrəddinov!

Mənim elektron poçtuma ünvanladığınız materialları alıb oxudum. Sizin "Ziya" qəzetinin nəşr tarixi ilə bağlı qaldırdığınız məsələ Nizami adına Ədəbiyyat İnstitutu Mətbuat tarixi və publisistika şöbəsinin bugünkü (5 iyul 2017-ci il) iclasında geniş müzakirə olundu. "Ziya" qəzetinin 2013-cü il transfoneliterasiya nəşri (“Qanun” nəşriyyatı, Məsləhətçi və redaktoru Əflatun Amaşov, rəyçi və ön sözün müəllifi prof. Şamil Vəliyev, ərəb əlifbasından latın qrafikasına çevirəni Müştəba Əliyev) faksimilesi ilə tutuşdurularaq nəzərdən keçirilmişdir. Məlum olmuşdur ki, kitabda “Ziya” qəzetinin 1-ci nömrəsindən (hicri-qəməri təqvimi ilə 4 məhərrəm 1297-ci il - miladi 6 dekabr 1879-cu il) 30-cu sayınadək (29 rəcəb 1297-ci il – miladi 26 iyun 1880-ci il) ardıcıl müasir əlifbaya çevrilərək nəşr edilmiş, kitaba geniş lüğət yazılmış, qəzetin dili və üslubu olduğu kimi saxlanılmışdır. Baxmayaraq ki, “Ziya” kitabı Mətbuat tarixi və publisistika şöbəsinin yaranmasından (iyun 2014) bir il əvvəl işıq üzü görüb, ədalət naminə qeyd olunmalıdır ki, nəşrə böyük zəhmət çəkilib və “Sizin transliterasiya etdirdiyiniz "Ziya" çox nöqsanlıdır” – deyilərək gözdən salınmasına lüzum yoxdur.

Mən “Ziya”nın hicri təqvimi ilə 4 məhərrəm 1297-ci il - miladi 6 dekabr 1879-cu il tarixli 1-ci nömrəsinin ilk səhifəsinin fotosunu diqqətinizə təqdim edirəm. Səhifənin yuxarı başında, sağdan birinci sözdə “əlif” hərfi düşdüyü üçün Müştəba Əliyev söz birləşməsini “Yekinci səne” yəni “birinci il” kimi oxumuşdur. Azərbaycanda “Ziya” qəzetinin tam dəsti olmadığını nəzərə alsaq bəzi mütəxəssislərin, o cümlədən prof. Ş.Vəliyevin, M.Əliyevin və b. “Ziya”nın hicri 4 məhərrəm 1297-ci il - miladi 6 dekabr 1879-cu il tarixli 1-ci nömrəsini qəzetin ilk sayı hesab etməsi təəccüblü görünməməlidir. Amma həmin qəzetin 13 dekabr 1879-cu il 2-ci sayını nəzərdən keçirdikdə görürük ki, “Yekinci səne” kimi oxunan sözün əvvəlində “əlif” hərfi var və bu halda söz “ikinci sənə” yəni “ikinci il” kimi oxunur. Beləliklə bir hərf düşümü “Ziya” qəzetinin tarixini bir il geri atmış, ciddi yanlışlığa səbəb olmuşdur.

Nazim müəllim, sizin qeyd etdiyiniz kimi həqiqətən “Ziya” qəzeti 1879-cu ilin yanvar ayından nəşrə başlamış, həmin ilin dekabrın 6-dək 46 sayı üşıq üzü görmüşdür.

Bu məqamda belə bir sual da meydana çıxır: Necə olub ki, 1879-cu ildə “Ziya” qəzetinin iki dəfə birinci nömrəsi çap olunub? Nəzərə almaq lazımdır ki, qəzetdə hicri-qəməri təqvimi əsas idi və nömrələr də bu təqvimə uyğun sıralanırdı. Qəzet fəaliyyətə 1296-cı ilin səfər ayında başlamış, zilhiccə ayının sonunda il başa çatmışdır. Məhərrəm ayının 1-dən isə 1297-ci il başlamışdır. Beləliklə “Ziya”nın hicri təqvimi ilə 4 məhərrəm 1297-ci il, yaxud miladi ilə 6 dekabr 1879-cu il tarixli 1-ci nömrəsi qəzetin nəşrinin ikinci ilinə aiddir.

“Ziya”nın ikinci ilinin 30 sayını nəşrə hazırlayan Müştəba Əliyevin mətbuat tariximiz üçün xidmətlərinin üzərinə kölgə salmadan qəzetin birinci ilində çap olunmuş 46 sayının transfoneliterasiya edilməsi məsələsi gündəmə gəlir.

Hörmətli Nazim müəllim. "Ziya" qəzetinin nəşr tarixi ilə bağlı səmərəli tədqiqatlarınıza görə təşəkkürlər. Qəzetin birinci ilinin 46 sayını nəşrə hazırlamaq arzusunda olsanız Mətbuat tarixi və publisistika şöbəsi Sizinlə bu məsələni müzakirə etməyə hazırdır.

Bakı, 05.07.2017

Asif Rustemli adlı şəxsin şəkli.
 
 


Müəllifin digər yazıları

  1. Qaranlıqdan işıqlığa çıxan Ünsizadə qardaşları
  2. Azərbaycanşünas alim, görkəmli şərqşünas Mirzə Rəhimov
  3. Vəsfi-halım və yaxud həsrət dolu söz oyunum, öz oyunum
  4. Valerian Vladimiroviç Bezobrazov kimdir?
  5. CƏLAL ÜNSİZADƏNİN DƏ ŞƏKLİ TAPILDI...
  6. Dünyanın ən işıqlı günlərindən birinin adamı - türkologiyanın Fərhadı
  7. Söz oyunu və yaxud nüktədanlara xitab
  8. Şamaxıda Seyid Əzim Şirvaninin Ev-Muzeyini açmaq çətindirmi?
  9. Kırımda monastrda gizlədilən Xaçmazlı Reyhan haqqında nə biliik ?
  10. "Xamsu-qasaid" kitabında Hacı Zeynalabdin Tağıyev cənablarına həsr olunmuş qəsidə-mədhiyyə
  11. Atamın türkdilli məktubları
  12. PARLAMENTİN TAVANI NİYƏ UÇDU?
  13. Azərbaycan Xalq Cümhuriyyətinin hələ yaxşı tanımadığımız parlament üzvü- Mustafa Hacı Musa oğlu Mahmudov
  14. Yüksək məfkurəvi söz ustası - Sultan Məcid Qənizadə (1866-1937)
  15. Bu dünyanın qızıl günü
  16. Qafur Rəşad Mirzəzadə fenomeni
  17. Papaq və qalstuk məsələsi
  18. Görkəmli türkoloq və füzulişünas alim Samət Əlizadənin əlyazması tapıldı
  19. Akademiklər,Sİzlər əruzu bilirsinizmi?
  20. Dövlət himnimizin sözlərinin müəllifi Əhməd Cavaddırmı?
  21. Atamın şəkli
  22. Türk dünyasının ən böyük nazimlərindn birinə- Seyid Əzim Şirvaniyə (1835-1888) ölümündən 130 il sonra xitab
  23. "Tərcüman"qəzetini türk dünyasına tanıdan ilk türkdili jurnal yazısı
  24. "Kəlilə və Dimnə"də ( "Hümayunnamə"də) öyüd , nəsihət və deyimlər
  25. Atamın müəllimi Cəmo bəy Cəbrayılbəyli və onun "Cəmo C" təxəllüsü ilə yazdığı şeirlərindən biri - "Sənsən"
  26. Dağıstanlı Mirzə Həsən Əfəndi Əlqədari (1834-1910) və Azərbaycan
  27. "Dırnaq"dan "mötərizat"a və yaxud...
  28. Azərbaycan Respublikasının əməkdar rəssamı İsmayıl Məmmədovun 366 yarpaqlı 2018-ci il təqvimi çap ediləcəkmi...
  29. Qara qoçun nağılı
  30. General Hacı Zeynalabdin Tağıyevin tələbə qızlara novruz bayramı təbriki...
  31. Yenə də "Türkische Lesestoffe....Leipziq. 1916" türkdilli latın qrafikalı kitabından söz açırıq ki, bilməyənlər də nəyisə bilsinlər
  32. Avropa da, Amerika da türk atalar sözlərini oxuyur
  33. Məktəb, məktəb , yenə də məktəb... Özü də gələcəyin məktəbi
  34. Qaranlıqdan Alatoranlığa gedən vaxtın deyimləri
  35. Azərbaycan Xalq Cümhuriyyəti İstiqlal Bəyannaməsinin əsas müəllifi kimdir?
  36. Türk dünyasının Bakıda işləyən ilk məşhur qadın həkimlərindən biri- Batırşina Amina xanım haqqında nə bilirik?
  37. Tarixçilərimizin dərsliklərdə jurnal adı ilə öyrətdikləri "İŞIQ" QƏZETİ (1911-1912)
  38. Qafqazın Baş Rəisi Knyaz Dondukov-Korsakova (1820-1893) hədiyyə olan dərsliyin bir sıra məqamları və son səhifələrindəki nəsihətlər
  39. Türk dostumun təhsil nazirimizə göndərdiyi bir məktub və yaxud...
  40. Öyüdlərim, pəndlərim, nəsihətlərim....
  41. Ortaq türk dilləri ədəbiyyatı müntəxəbatına layiq uğurlu poetik nümunələr və yaxud...
  42. "Kəlilə və Dimnə"nin ilk mətbu nümunələri haqqında bir neçə söz...
  43. Türk dünyasının 1865-ci il tarixli üçdilli atalar sözü lüğəti
  44. 130 il bundan əvvəl İrəvandan "Bir müsəlman" Tiflisə - Azərbaycan dilində nəşr olunan "Kəşkül" qəzetinə nə yazırdı?
  45. Qəbul imtahanı testlərinin bunkerdə yazılması məsləhətdirmi?
  46. XIX əsrin görkəmli Azərbaycan şairi Seyid Əzim Şirvaninin türk dünyasına tanıtdığı təhsil ocağı və yaxud Kürdəmirin ilk dövlət məktəbinin tarixi 1881-ci il fevralın 9-dan başlayır
  47. Nüktələr və nöqtələr....
  48. "Ziya" qəzetinin qaranlıqdan və alatoranlıqdan işığa uzanan yolları
  49. AMEA və universitet alimlərinin orta məktəb marafonları
  50. Yandıran söz,qandıran söz, bir də var adamı dolandıran söz...
  51. Azərbaycanın İlk milli jurnalının - "Kəşkül"ün 135 yaşı tamam oldu
  52. Azərbaycan İstiqlal Bəyannaməsini neçə nəfər imzalayıb və yaxud doğru sözü niyə səhv deyirlər?
  53. Azərbaycan ədəbi dilinin yeni anlayışları ifadə edən rus və Avropa dillərindən alınmış terminlərlə zənginləşməsində "Ziya" və "Ziyayi-Qafqasiyyə" qəzetlərinin (1879-1884) rolu
  54. 130 illik yubileyi gecikdirilən Cəmo bəy Cəbrayılbəyli (1887-1965) və yaxud adı ensiklopediyaya düşən elmi dərəcəli biologiya müəllimi
  55. Əhmədli kəndi... Tarixi xidmətləri unudulmuş təhsil ocağı
  56. DÜNƏN "ZIYA"NIN 139 YAŞI TAMAM OLDU VƏ YAXUD TÜRK DÜNYASININ TİFLİSDƏN BOYLANAN GÜNƏŞİ
  57. Orfoqrafiya mədəniyyəti-dil mədəniyyətidir
  58. Gəlin orfoqrafiya qaydalarını hazırlamağı dilbilənlərə tapşıraq
  59. "Ziya" qəzetinin Şəkidə yaşayan Şamaxılı müxbirlərindən biri
  60. Pıçıltılı etiraf və yaxud Zirvələrdə iki həftə qar altında qalanların xoş xəbərin gözləyirik
  61. İtirmişik yuxumuzu, qalanımız ağrımızdır...
  62. Bağışla, bağışla, bağışla bizi
  63. Məhəmməd Əmin Rəsulzadə nə vaxt anadan olmuşdur?
  64. S.Ə.Şirvani şeyxülislam ola bilərdimi?
  65. Mürəttib M.Ə.R. kriptonimi kimə aiddir?
  66. Orta məktəb şagirdlərin lüğət ehtiyatlarının zənginləşdirilməsində alınma sözlərin rolu
  67. Bizə ən gərəkli - Fil hesabatı
  68. “Bağçasaraydan göndərilən məktub”
  69. Şamaxı Məclis Məktəbinin 140 illik yubileyindən 3 il də keçdi, amma görüləsi işlər hələ də çoxdur....
  70. Təlim və tərbiyə prosesində elmi araşdırmaların rolu
  71. "Dəbistan" jurnalı (1906-1908) və yaxud şagird və müəllimlər üçün dərsliyə bərabər dövri nəşr
  72. Nəcməddin Xələfoviçə görə "məmləkət"i dəyişdim
  73. Doğma yurdun qış lövhələri...
  74. 45 il bundan əvvəlki dünya gənclər hərəkatı...
  75. Nəğmə kimi səslənən bal dilmiz var olsun!
  76. Bir daha Ələkbər Tahirzadənin- şair Mirzə Ələkbər Sabirin müəllimliyə gedən əzablı və əziyyətli yolları ilə...… - Tədqiqat
  77. Hamıya dostam mən,bir qardaşam mən
  78. "İşığ"ın işıq saldığı tərcümənin işığında və yaxud İ.A.Krılovdan tərcümə:Durnabalığı və Pişik
  79. "Ziya" qəzetinin (25.01.1879- 26.06.1884) qaranlıq taleyini işıqlandırmaq lazımdır
  80. Məktəbliləri maarifləndirən mətbu orqanlardan biri - "Maarif" məcmuəsi
  81. РУССКО-БАШКИРСКИЙ СЛОВАРЬ - kitabxanamın ən qalın və ən sanballı lüğətlərindən biri
  82. Söz sözü çəkər, əgər sözün közü varsa
  83. Beynəlxalq bayram tədbirlərindən sonrakı gün - Müəllimlərin Ziyarəti Günü
  84. Müəllim olanda da yaxşı müəllim olun
  85. Tanıdım...Gül bəsləyən qız- Məlahət Yusif qızı...
  86. Avtoelegiya: İşin-gücün boş vaxtı-qocaların xoş vaxtı....
  87. HƏR KİM 100 İL YAŞAMASA , GÜNAH ONUN ÖZÜNDƏDİRMİ ?!
  88. İsmayıl Mirzanın hər həftə oxuduğu türkdilli "Ziya" qəzetin bir nömrəsinin biblioqrafiyası
  89. Ay Allah bəndəsi, niyə yazıqsan?
  90. Ömrün payız etirafı və yaxud ömrün,günün hapı, gopu
  91. Mətbuat tariximizdən birinci ilinin 46 nömrəsi itən qəzetimiz və yaxud mətbuatımızın "Ziya"sı
  92. Mən niyə SSRİ Ali Sovetinin deputatı ola bilmədim?
  93. Təbrizdən kənd məktubları
  94. "Təbriz məktubları silsiləsi"ndən növbəti yazı
  95. Nazim Nəsrəddinov: "Təbriz məktubları" silsiləsindən
  96. Dünya yaman dünyadır
  97. Görkəmli maarifçilər Ünsizadələr haqqında təzə xəbər və şəkillər və yaxud Tütk soyad Kanunu - ARKÜNLƏR VƏ BERKSANLAR
  98. "Strategiya.az"ın yeni layihəsi-Səhiyyə tariximizin unudulmuş səhifələri
  99. Abdulla Şaiqin Bülbül Məmmədova həsr olunmuş fransız soneti - "Centlmen bir xanəndəyə"
  100. Dünya türkologiyasının Fərhadı və yaxud dünyanın ən işıqlı adamlarından biri
  101. Qüdrət Piriyevlə birlikdə Azərbaycana tanıtdığımız İqor Səməd oğlu Mehmandarov
  102. Sözgəlişi, ola bilər düzəlişi...
  103. 16 il bundan əvvəl imzalanmış Fərmanın işığı
  104. Bu Dünya- Şirin Dünya.....
  105. Göz görür,ağıl kəsir....
  106. Tərcüməsiz başa düşülən tatar bayatıları
  107. M.Ə.Sabirin türk dili müəllimliyinə gedən əzablı və əziyyətli yolları… - Tədqiqat
  108. Türk dünyasının Bakıda işləyən ilk məşhur qadın həkimlərindən biri- Batırşina Amina xanım
  109. Mənim nəğməli bibim - Foto
  110. Sən yazmasan,mən yazaram
  111. Araşdırmaçı araşdırıcıya deyirlər və yaxud Bir daha Səid Ünsizadə (1825,Şamaxı-1905.,İstanbul) haqqında
  112. Dörd yaşlı lal-dinməz uşağın dili açılacaq!!!
  113. 20 yaşlı Cəfər Cabbarzadənin "Bakı müharibəsi"
  114. Qulam Məmmədli-120
  115. General Hacı Zeynalabdin Tağıyevin tələbə qızlara novruz bayramı təbriki
  116. Türkiyənin "Ordu marşı" və "Çanakkala döyüşçüsü Mustafanın anasına məktubu"
  117. Səid Ünsizadənin (1825-1905) məktəb yaşlı uşaqların təlim və tərbiyəsinə aid dərsliyi - "Təlimül ətfal, təhzibül - əxlaq"
  118. Türk dünyasının 99 yaşlı "El həyatı" (1918) məcmuəsi
  119. Təhsilimizin dostu, dilçiliyimizin generalı Qəzənfər Kazımov
  120. Bu tarix ki var, qəliz məsələ imiş......
  121. SÖZ KİMİNDİR?
  122. Bu dünyada yerin yoxdur, yağı düşmən,
  123. Mənim dualarım
  124. Hələ qışdır bu yerlərdə və yaxud Şəkilli salamın şeirlə cavabı
  125. Təzadlar, ay təzadlar....
  126. Türk dünyasının "Tərcüman"dan əvvəlki "Ziya"sı və yaxud Qaranlığı və alatoranlığı işıqlandıran insanlar
  127. Adını dəyişdiyim retro yazı və ya "Strategiya.az" saytının 106159 nəfər oxucusunun maraq dünyasının sualı - Foto
  128. Riyaziyyat alimlərinin çoxunun tanımadığı dərslik və yaxud, türk dünyasının ilk türkdilli hesab dərsliklərindən biri
  129. Azərbaycan çocuq mətbuatı tarixinin "Qırmızı günəş"i...
  130. İsmayıl ibn Mustafanın (İsmayıl bəy Qasprinskinin) "Ziyayi -Qafqasiyyə"(Qafqazın ziyası) adlı məqaləsi. Tiflis,1881
  131. Səid Ünsizadənin (1825-1905) dərsliklərindən biri - nəzmlə yazılmış "ƏQAİD və NƏSAYİH"
  132. Testdən qəsdən danışmırıq
  133. Ah....Dərslik, dərslik, yenə də dərslik, bir az da ...
  134. Dərsliklərimizin halı və vəziyyəti
  135. Hacı Zeynalabdin Tağıyevin Bakı şəhər müsəlmanlarının müraciətinə cavabı
  136. Bir daha Cəmo bəy Cəbrayılbəyli (1887-1965) və onun 130 yaşını gözləyən yubileyi haqqında
  137. İsmayıl bəy Qaspıralı:" Qəzetə- millətin lisanıdır "
  138. Hırsızın gözü əlyazmalara düşdü
  139. Bu sorğuya hələ də cavab verilməyib : Şotlandiyada H.Z.Tağıyevin yüzillik heykəli varmı? Və yaxud qaranlıqdan işıldayan işıqlar....
  140. Retro mövzularından biri: Midhat Cemal Kuntay :"Toprak, eger uğrunda ölən varsa, vatandır"
  141. I Nikolayın tiflisli nəvələrinin müəllimi Lev Nikolayeviç Modzalevskinin "Kəpənəy"i
  142. Dünyamızı Gələcəyə Tanıdan Rəssam - Fotolar
  143. Yenə də sözümüz-söhbətimiz Kürdəmirin ilk dövlət məktəbi haqqındadır
  144. Türk dünyasının tarixi məktəblərindən biri-- Kürdəmir,Köhnəbazar kənd orta məktəbi və yaxud üç əsrin məktəbi--09.02.1881
  145. Hacı Səid Əfəndi Ünsizadə-191
  146. Təskinlik və toxtaqlıq və yaxud əbədi və həmişəlik mübarizə
  147. Avropada çap olunan latın qrafikalı 100 yaşlı ilk türk kitablarımızdan biri
  148. Ömür keçir, gün keçir və yaxud Latın qrafikalı ilk türk kitablarımızdan birinin 100 illik yubileyini keçimək çətindirmi?
  149. Türkiyədə dərs alan azərbaycanlı söz ustası və yaxud Türkiyədə az tanınan Azərbaycan Şekspiri
  150. Bir daha Ünsizadələr haqqında
  151. Dünyaya səpələnmiş Ünsizadələr və yaxud Ünsizadələrin nəsil şəcərəsi, soy ağacı
  152. Seyid Əzim Şirvani (1835-1888) və onun gümüş medalının tarixi məqamları
  153. İstiqlal Bəyannaməsini imzalayanlardan biri Kürdəmirli Mustafa Mahmudov
  154. Bizim Bəhicə müəllim - Xalid Səid yadigarı
  155. Karamanoğlu Mehmet Bey ( .... - 1280) və onun türkcəyə sevgisinin tarixi
  156. Sözümüz, savımız, dilimiz - Nazim Hikmətsiz keçən 53 ilimiz
  157. Mətbuat tariximiz-milli düşüncə tariximiz
  158. Bizə hansı elmlər lazımdır və yaxud ...
  159. TQDK-nın tarixdə qalacaq sənədlərindən biri və yaxud bəyənilən maarifçilik fəaliyyətinin təsdiqi
  160. Əməkdar müəllim, professor dünyasını dəyişdi
  161. Soyqırımı günündə dostumu itirmişəm
  162. Bu yaz bir başqa yazdır
  163. Ölümü ilə böyüyü də, kiçiyi də ağladan Vüsal Orucov üçün oxunan elegiya - VİDEO
  164. Xan qızı Natəvanın qocalıqda miras istəyi
  165. Türkiyəli tərbiyə doktoru XƏlil FİKRƏT və bilimsəl psixologiyanın qurucularından biri Ovide DECROLİ Bakıda
  166. Dinməyin,xamuş olun! Yaxud 1884-cü il fevralın 29-da dünyaya göz açan insan...
  167. Azərbaycan dilində yazılmış ilk coğrafiya dərsliyinin müəllifi Əsgər ağa Gorani Adıgözəlov (1857-1910) və yaxud qaranlıqdan və alatoranlıqdan işığa
  168. XIX əsr maarifçisi Səid Əfəndi Ünsizadənin dərsliklərindən biri
  169. Orta məktəbdə bütün fənlər eyni dərəcədə öyrənilməlidir
  170. HƏ, nə oldu, mən deyən oldu,olmadı?
  171. S.Ə.Şirvaninin bir şeirinin yazılma səbəbi və əks-sədası
  172. Rəşid bəy Əfəndizadənin İstanbuldakı "Uşaq bağçası"- 1898-ci il
  173. Dərgahdan başlanan yol
  174. Fikrin ifadə formalarından biri
  175. Təhsil nazirinin kabinetində yaradılan yerüstü bunker
  176. "Həyat"ın çağırışı nə üçün cavabsız qalır?
  177. Hacı Zeynalabdin Tağıyevin Əhmədli kəndindəki ibtidai məktəbin tarixi görüntülərinin iki yarpağı
  178. Tərbiyə doktoru Halil Fikretin oxucu və tədqiqatçıların çoxuna məlum olmayan nadir şəkilləri
  179. Təhsil tariximizin maraqlı səhifələri
  180. Təhsil tariximizdən maraqlı səhifələri
  181. Akademiklərin cərgəsindəki müəllim
  182. Yeni rahat avtobus marşrutu - Nərimanov metrosu - Dəmir yolu İdarəsi və yaxud müəllim, şagird və tələbələr üçün "İVECO" avtobusları
  183. Mübarizə bu gün də var,sabah da...
  184. Xalqımızın türkdilli ilk mətbuat nümunələri
  185. "Əkinçi" qəzeti-140
  186. Mustafanın Çanakkala məktubu
  187. Məktəbdə elm və texnologiya həftəsi
  188. Mübarizə bu gün də var, yarın da....
  189. Halil Fikret və şifahi türkdilli xalq ədəbiyyatımızın Avropadan başlanan təbliğatı
  190. Kim inanmırsa, bu daş, bu da tərəzi...
  191. Yazımızın tarixi-özümüzün tarixi
  192. Fikrət Sadıq -Dədə Qorqud
  193. Tədqiqatçı öz fikrində israrlıdır
  194. Avropa Azərbaycan Məktəbinin olimpiada komandası respublika bilik yarışına vəsiqə aldı
  195. Tarixdə izi və sözü olan insanlardan biri: Cəmo bəy Cəbrayılbəyli
  196. Azərbaycanşünas alim, görkəmli şərqşünas - Mirzə Rəhimov-85
  197. "Dəbistan" jurnalının bir nömrəsinin biblioqrafiyası
  198. Xəlil Fikrət "Tərbiyə və tədris tarixi"
  199. Mirzə Həsən Əfəndi Əlqədari və Azərbaycan
  200. Latın qrafikalı ilk türk kitablarımızdan biri: Hans Stumme, Halil Fikret. "Türkische Lesestoffe…" Leipziq, 1916
  201. "Bağçasaraydan göndərilən məktub"
  202. Diqqət! Diqqət! Məktəb tariximizin qaranlıq səhifələrini işıqlandırırıq!
  203. İ.V.Miçurinin heykəli ucaldılan kənd - Qəbələ, Vəndam kəndi
  204. Maarifçiliyimizin və ədəbi dilimizin tarixi-“Ziya”(“Ziyayi-Qafqasiyyə”) qəzeti -135
  205. Dünya dərsliklərində yuva salan 150 yaşlı "Мотылек" və yaxud birgünlük kəpənəyin tərənnümü
  206. Səsimizə səs vermədikləri üçün ... - Fotolar
  207. Hər gün xatırlanan adam - Fərhad Zeynalov - 85
  208. Abdulla Şaiqin uşaq bağçası
  209. "Ziya"nın biblioqrafiyası
  210. Kasıblığın üzü qara olsun
  211. Bu gün M.Ə.Sabirin ad günüdür
  212. Keçən günə gün çatarmı ... - Fotolar
  213. Elmə yönələn yolun başlanğıcı - FOTO
  214. Bakı, ... küçəsi, Azərbaycan Mətbuat Muzeyi
  215. Otuz doqquz ildən sonra yazılan məktubun təəssüratı
  216. Ucundadır dilimin həqiqətin böyüyü ...
  217. İlk hesab dərsliyimiz
  218. Yusif Vəzirovun kölgədə qalan yazıları
  219. Dostluq etməyi bacaran adam - dostum İsa Əliyev
  220. “Tunğuç”məcmuəsi və ya açılmayan qapılar, pəncərələr…
  221. Mustafa Lütfi Şirvani İsmayılov (1876- ?) və onun Həştərxanda Azərbaycan dilində nəşr olunan "Bürhani-tərəqqi" qəzeti
  222. Dərslik, dərslik, yenə də dərslik...
  223. M.Ə.Rəsulzadənin bir məqaləsinin çağırışları və yaxud Əli bəy Hüseynzadənin sorğusu :"Anladınızmı?"
  224. "Molla Nəsrəddin"in Bakı vəkilərindən biri- Məhəmməd Əmin Rəsulzadə
  225. " Riyazi isbat və məntiqi təfəkkür " - FOTO
  226. "ZİYA"lı ziyalı - Foto
  227. Məhəmməd Əmin Rəsulzadə nə vaxt anadan olmuşdur?
Şərh yaz




Enter Code*:

Son xəbərlər
Azərbaycandan dünyaya...
08:24 28.09/2018
 
Xəbər başlıqları
15-10-2018
15.10.2018 Neft bahalaşıb
14-10-2018
13-10-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
3.5524 san