09:52 30 Oktyabr 2017
759 dəfə oxunub
Çap versiyası
Nazim Nəsrəddinov
Azərbaycan Respublikasının əməkdar müəllimi

   "Ziya" qəzetinin dili" (1879-1884) mövzusunda dissertasiya işi yazanda milli mətbuatımızın bir çox dəyərli nümunələrini də araşdırmalı olurdum. Mən əmin idim ki, bu materiallar elmi işimi daha da sanballı edəcək, bu mövzuda yazılanlardan fərqli bir iş görüləcəkdir.

  Oxuduğum hər bir ərəb əlifbalı mətbu orqan çox-çox nəsnələrdən xəbər verirdi. Qəzet və jurnallardakı, arxiv sənədlərindəki bir sıra materiallar ədəbi dilimizin formalaşması yollarının tədqiqində yeni-yeni istiqamətləri meydana çıxarırdı. Bəzən öz əsas elmi işimi unudub, tapdığım materiallar əsasında elmi və elmi-publisistik yazılar yazıb çap etdirirdim. Qəzet və jurnalların yaxşı qonorar verdiyi vaxtlarda bu həm də gündəlik zərurətə çevrilmişdi. Bir faktı dəqiqləşdirmək üçün o vaxtkı ölkənin - SSRİ-nin baş şəhərlərindəki arxiv və kitabxanalarda işləmək üçün həvəslə işləməyə gedirdim. Topladığım materiallardan hələ də istifadə edirəm. Mən "Ziya" və "Ziyayi-Qafqasiyyə"ni, "Kəşkül"ü ilk dəfə Leninqradda və Tiflisdə oxumuşam. 

 Sonralar oxuduğum ən maraqlı qəzet 1911-1912-ci illərdə Bakıda Azərbaycan dilində çap olunan "İşıq" qəzetidir. Bu qəzeti oxuyanlar az, tənqid edənlər isə çox idi. Sonralar məlum oldu ki, tənqid edənlərin çoxu bu qəzeti görmədikləri üçün onu  hətta jurnal hesab edirmiş. Tarix dərsliklərinə də "İşıq" şagird və tələbələrə jurnal kimi təqdim olunurdu. Halbuki "İşığ"ın elə  birinci səhifəsində  onun "еженедельная газета" -həftəlik qəzet olması iri şriftlərlə göstərilirdi. "İşığ"ın redaktoru Xədicə  xanım Əlibəyova milliyyətcə tatar olsa da, Azərbaycan dilində  danışmağı və yazmağı çox gözəl bilir, tibbə aid yazılarını, eləcə də baş məqalələri məhz bu dildə, həyat yoldaşı şəkili Mustafa bəy Əlibəyovun ana dilində- Azərbaycan dilində  yazırdı.

Qəzetin 8 oktyabr 1911-ci il tarixli  9-cu nömrəsində dərc olunmuş "İdarədən ixtar" (bildiriş-N.N.) yazısı redaktorun Azərbaycan dilinə yüksək qiymət verməsi hər bir insanda yüksək qürur hissi yaradır: "Qəzetəmizə xəbər və məqalə yazanlardan razılıq edib, artıq təveqqe eləyirük ki, yazılarını hökmən mümkün olduğu qədər öz ana dilimizdə yazub, ərəb və fars, osmanlu ləfzləri işlətməsünlər, çünki oxucularımızın çoxi ğəzetəmizin dilindən şikayət edürlər və vərəqlərin hər iki üzi yazılmaməlidir. Ana dilində yazılmayan məqalələr hərgiz dərc olunmməyəcəkdir". 

Jurnalda bəzən rus dilində də materiallar verilirdi. Bu materialların da Xədicə xanım tərəfindən yazıldığını güman edirik. Belə ki, onun təhsil dili rus dili idi. O həm ibtidai məktəbdə, həm də Tiflisdəki Olqa Mamalıq (mama həkimliyi-N.N.)  İnstitutunda rus dilində təhsil almışdı.

"İşıq" uşaqların tərbiyəsinə, ədəbiyyata, təbabət və evdarlığa dair XANIMLAR qəzetəsi olsa da, burada qadınlarla yanaşı, zükur(erkək) müxbirlər də var idi. Zükur müxbirlərdən biri Bakı rüşdiyyə (реальная школа) məktəbininn şagirdi Əli Yusifzadə idi. O, qəzetdə tərcüməçi-şair kimi fəaliyyət göstərirdi. Ə.Yusifzadənin ilk yazlsı qəzetin 5 fevral 1911-cui il tarixli 3-cü nömrəsində dərc olunmuşdu. Qəzetdə "İkinci kotan" adlı təmsilin İ.Krılovdan tərcümə olunduğu göstərilsə də, əslində, bu, K.D.Uşinskinin "Detskiy mir" dərsliyindən götürülmüşdür.

Ə.Yusifzadənin qeydsiz çap etdirdiyi "Balıq və Pişik" təmsili (N 15;  30.04.1911) İ.A.Krılovun məşhur  "Durnabalığı və Pişik" əsərinin təcüməsi idi. Yeri gəlmişkən qeyd edək ki, H.Qaradaği, A.Şaiq, R.Əfəndizadədən sonra rüşdiyyə məktəbi tələbəsinin bu mövzuya müdaxiləsi  böyük cəsarət idi. Mən də 24 il bundan əvvəl İ.A.Krılovun bu təmsilini tərcümə etməyi qərara aldım. Tərcüməm "Günəş" jurnalının o vaxtkı məsul katibi hörmətli dostumuz Vasif Quliyevin köməyi və qayğısı ilə "Günəş" jurnalının 1993-cü ildəki 5-7-ci nömrəsində çap olundu. Jurnalın redaktoru rəhmətlik Nəriman Qoca oğlu Süleymanov (15.08.1930-15.04.1995) da tərcüməni bəyənmişdi.

Kiçik redaktə ilə həmin şeiri  oxuculara ünvanlayıram.

Mənfəətdən xali olmadığı üçün  onu da bildirirəm ki,təmsildəki Durnabalığı surətinin nprototipi məşhur dəniz admiralı Çiçaqov Pavel Vasilyeviç (1767-1849 ), Pişiyin prototipi isə  general-feldmarşal  Qolenişev-_Kutuzov Mixail İllarionoviçdir.

(5(16).09.1747-   16(28).04.1813).

  Şeirin əsas ideyası budur ki,insan bacardığı işdən yapışmalı,çörək çörəkçiyə verilməlidir.Başqa sözlə,həyatda  insanın yeri səhv düşəndə o, öz  mənliyini itirir, xalq şairi Qabilin təbirincə desək,müsibət oluruq biz,gərəksiz oluruq  biz,  korşalırıq biz.

 

           ************

             İvan Krılov (1768-1884)

"Durnabalığı və Pişik" (1813) təmsili
 
           Tərcümə edən -Nazim Nəsrəddinov

Çəkməçinin çörəkçi,
Çörəkçinin çəkməçi
Olması nə yamandır! 
Sınanılıb min dəfə,
Demirəm sözgəlişi,
Getmə belə gedişi.
Əl çalarlar, gülərlər,
Səni dəli bilərlər.
Aqillərə qulaq as.
Məslətətin, öyüdün
Hikmətinə söz olmaz.
***
Bir gün Durnabalığı 
İstədi ömür sürsün
Dostu Məstan sayağı.
Xahiş etdi Məstandan
Onu ova aparsın.
O da kəsəyənlərin
Ürəyini qoparsın.
 
Görən, Durnabalığı
Niyə düşüb bu fikrə?
Başa düşmək çətindi,
Paxıllıqmı,həsədmi?
Ayırd elə gəl indi.
Bəlkə balıq yeməkdən,
Ürəyi bulanırdı.
Nəsə... Durnbalığı
Özünə güvənirdi,
Özünə inanırdı.
 
Məstan dedi:--Özünü
Salma çətin işə  sən.
Hər işin --öz ustası..
Düşmə dilə-dişə sən...
...Nə isə...Çox danışıb,
Bir-birini yordular.
Axırda razılaşıb,
Siçan  ovlamaq üçün
Zirzəmiyə vardılar.
Məstan üçün zirzəmi
Göydəndüşmə kimiydi.
O,buranın yiyəsi, 
Mütləq hakimi idi.
 
...Bəli, hərə bir yanda 
Ovunu gözləyirdi.
Məstan adəti üzrə 
Pusquda dayanaraq, 
Siçanı izləyirdi....
 
Uğurlu keçdi ovu,
Neçə-neçə siçana
Çəkdi yaman dağ Məstan.
Baş çəkməkçün dostuna,
Qaçdı onun yanına
Kef-damağı çağ Məstan.
Birdən gözü sataşdı
Heydən düşmüş dostuna.
Miyoldadı Məsməsi:
--Aman ,  nə olub buna?
Məstanı çox qorxutdu
Peşəsini dəyişən
Dostunun  əsməcəsi.
--Aman! Durnabalığı,
Hanı sənin başına 
Bu oyunu açanlar!
Bu nə halət,bu nə hal,
Səni belə sürüyüb,
Quyruğunu kim yeyib?
 
Var gücünü toplayıb,
Zərərdidə dilləndi:
 --Bu oyunu açanlar
 Siçanlardır, siçanlar....
Bığlarını buraraq,
Çox fikrə getdi Məstan.
 Dedi --Saxla yadında,
Meymundan dülgər olmaz,
Balıqdan siçantutan...
Qayıt, qayıt sulara,
Sən hara, siçan hara....
Məstan dostun aparıb,
Atdı yenə nohura.
 
 
 
 "Günəş" jurnalı, N5-7, 1993.  Səh.18.
 
Yeni redaktə və təqdimat- 30.10.2017.
 


Müəllifin digər yazıları

  1. 45 il bundan əvvəlki dünya gənclər hərəkatı...
  2. Nəğmə kimi səslənən bal dilmiz var olsun!
  3. Bir daha Ələkbər Tahirzadənin- şair Mirzə Ələkbər Sabirin müəllimliyə gedən əzablı və əziyyətli yolları ilə...… - Tədqiqat
  4. Hamıya dostam mən,bir qardaşam mən
  5. "İşığ"ın işıq saldığı tərcümənin işığında və yaxud İ.A.Krılovdan tərcümə:Durnabalığı və Pişik
  6. "Ziya" qəzetinin (25.01.1879- 26.06.1884) qaranlıq taleyini işıqlandırmaq lazımdır
  7. Məktəbliləri maarifləndirən mətbu orqanlardan biri - "Maarif" məcmuəsi
  8. РУССКО-БАШКИРСКИЙ СЛОВАРЬ - kitabxanamın ən qalın və ən sanballı lüğətlərindən biri
  9. Söz sözü çəkər, əgər sözün közü varsa
  10. Beynəlxalq bayram tədbirlərindən sonrakı gün - Müəllimlərin Ziyarəti Günü
  11. Müəllim olanda da yaxşı müəllim olun
  12. Tanıdım...Gül bəsləyən qız- Məlahət Yusif qızı...
  13. Avtoelegiya: İşin-gücün boş vaxtı-qocaların xoş vaxtı....
  14. HƏR KİM 100 İL YAŞAMASA , GÜNAH ONUN ÖZÜNDƏDİRMİ ?!
  15. İsmayıl Mirzanın hər həftə oxuduğu türkdilli "Ziya" qəzetin bir nömrəsinin biblioqrafiyası
  16. Ay Allah bəndəsi, niyə yazıqsan?
  17. Ömrün payız etirafı və yaxud ömrün,günün hapı, gopu
  18. Mətbuat tariximizdən birinci ilinin 46 nömrəsi itən qəzetimiz və yaxud mətbuatımızın "Ziya"sı
  19. Mən niyə SSRİ Ali Sovetinin deputatı ola bilmədim?
  20. Təbrizdən kənd məktubları
  21. "Təbriz məktubları silsiləsi"ndən növbəti yazı
  22. Nazim Nəsrəddinov: "Təbriz məktubları" silsiləsindən
  23. Dünya yaman dünyadır
  24. Görkəmli maarifçilər Ünsizadələr haqqında təzə xəbər və şəkillər və yaxud Tütk soyad Kanunu - ARKÜNLƏR VƏ BERKSANLAR
  25. "Strategiya.az"ın yeni layihəsi-Səhiyyə tariximizin unudulmuş səhifələri
  26. Abdulla Şaiqin Bülbül Məmmədova həsr olunmuş fransız soneti - "Centlmen bir xanəndəyə"
  27. Dünya türkologiyasının Fərhadı və yaxud dünyanın ən işıqlı adamlarından biri
  28. Qüdrət Piriyevlə birlikdə Azərbaycana tanıtdığımız İqor Səməd oğlu Mehmandarov
  29. Sözgəlişi, ola bilər düzəlişi...
  30. 16 il bundan əvvəl imzalanmış Fərmanın işığı
  31. Bu Dünya- Şirin Dünya.....
  32. Göz görür,ağıl kəsir....
  33. Tərcüməsiz başa düşülən tatar bayatıları
  34. M.Ə.Sabirin türk dili müəllimliyinə gedən əzablı və əziyyətli yolları… - Tədqiqat
  35. Türk dünyasının Bakıda işləyən ilk məşhur qadın həkimlərindən biri- Batırşina Amina xanım
  36. Mənim nəğməli bibim - Foto
  37. Sən yazmasan,mən yazaram
  38. Araşdırmaçı araşdırıcıya deyirlər və yaxud Bir daha Səid Ünsizadə (1825,Şamaxı-1905.,İstanbul) haqqında
  39. Dörd yaşlı lal-dinməz uşağın dili açılacaq!!!
  40. 20 yaşlı Cəfər Cabbarzadənin "Bakı müharibəsi"
  41. Qulam Məmmədli-120
  42. General Hacı Zeynalabdin Tağıyevin tələbə qızlara novruz bayramı təbriki
  43. Türkiyənin "Ordu marşı" və "Çanakkala döyüşçüsü Mustafanın anasına məktubu"
  44. Səid Ünsizadənin (1825-1905) məktəb yaşlı uşaqların təlim və tərbiyəsinə aid dərsliyi - "Təlimül ətfal, təhzibül - əxlaq"
  45. Türk dünyasının 99 yaşlı "El həyatı" (1918) məcmuəsi
  46. Təhsilimizin dostu, dilçiliyimizin generalı Qəzənfər Kazımov
  47. Bu tarix ki var, qəliz məsələ imiş......
  48. SÖZ KİMİNDİR?
  49. Bu dünyada yerin yoxdur, yağı düşmən,
  50. Mənim dualarım
  51. Hələ qışdır bu yerlərdə və yaxud Şəkilli salamın şeirlə cavabı
  52. Təzadlar, ay təzadlar....
  53. Türk dünyasının "Tərcüman"dan əvvəlki "Ziya"sı və yaxud Qaranlığı və alatoranlığı işıqlandıran insanlar
  54. Adını dəyişdiyim retro yazı və ya "Strategiya.az" saytının 106159 nəfər oxucusunun maraq dünyasının sualı - Foto
  55. Riyaziyyat alimlərinin çoxunun tanımadığı dərslik və yaxud, türk dünyasının ilk türkdilli hesab dərsliklərindən biri
  56. Azərbaycan çocuq mətbuatı tarixinin "Qırmızı günəş"i...
  57. İsmayıl ibn Mustafanın (İsmayıl bəy Qasprinskinin) "Ziyayi -Qafqasiyyə"(Qafqazın ziyası) adlı məqaləsi. Tiflis,1881
  58. Səid Ünsizadənin (1825-1905) dərsliklərindən biri - nəzmlə yazılmış "ƏQAİD və NƏSAYİH"
  59. Testdən qəsdən danışmırıq
  60. Ah....Dərslik, dərslik, yenə də dərslik, bir az da ...
  61. Dərsliklərimizin halı və vəziyyəti
  62. Hacı Zeynalabdin Tağıyevin Bakı şəhər müsəlmanlarının müraciətinə cavabı
  63. Bir daha Cəmo bəy Cəbrayılbəyli (1887-1965) və onun 130 yaşını gözləyən yubileyi haqqında
  64. İsmayıl bəy Qaspıralı:" Qəzetə- millətin lisanıdır "
  65. Hırsızın gözü əlyazmalara düşdü
  66. Bu sorğuya hələ də cavab verilməyib : Şotlandiyada H.Z.Tağıyevin yüzillik heykəli varmı? Və yaxud qaranlıqdan işıldayan işıqlar....
  67. Retro mövzularından biri: Midhat Cemal Kuntay :"Toprak, eger uğrunda ölən varsa, vatandır"
  68. I Nikolayın tiflisli nəvələrinin müəllimi Lev Nikolayeviç Modzalevskinin "Kəpənəy"i
  69. Dünyamızı Gələcəyə Tanıdan Rəssam - Fotolar
  70. Yenə də sözümüz-söhbətimiz Kürdəmirin ilk dövlət məktəbi haqqındadır
  71. Türk dünyasının tarixi məktəblərindən biri-- Kürdəmir,Köhnəbazar kənd orta məktəbi və yaxud üç əsrin məktəbi--09.02.1881
  72. Hacı Səid Əfəndi Ünsizadə-191
  73. Təskinlik və toxtaqlıq və yaxud əbədi və həmişəlik mübarizə
  74. Avropada çap olunan latın qrafikalı 100 yaşlı ilk türk kitablarımızdan biri
  75. Ömür keçir, gün keçir və yaxud Latın qrafikalı ilk türk kitablarımızdan birinin 100 illik yubileyini keçimək çətindirmi?
  76. Türkiyədə dərs alan azərbaycanlı söz ustası və yaxud Türkiyədə az tanınan Azərbaycan Şekspiri
  77. Bir daha Ünsizadələr haqqında
  78. Dünyaya səpələnmiş Ünsizadələr və yaxud Ünsizadələrin nəsil şəcərəsi, soy ağacı
  79. Seyid Əzim Şirvani (1835-1888) və onun gümüş medalının tarixi məqamları
  80. İstiqlal Bəyannaməsini imzalayanlardan biri Kürdəmirli Mustafa Mahmudov
  81. Bizim Bəhicə müəllim - Xalid Səid yadigarı
  82. Karamanoğlu Mehmet Bey ( .... - 1280) və onun türkcəyə sevgisinin tarixi
  83. Sözümüz, savımız, dilimiz - Nazim Hikmətsiz keçən 53 ilimiz
  84. Mətbuat tariximiz-milli düşüncə tariximiz
  85. Bizə hansı elmlər lazımdır və yaxud ...
  86. TQDK-nın tarixdə qalacaq sənədlərindən biri və yaxud bəyənilən maarifçilik fəaliyyətinin təsdiqi
  87. Əməkdar müəllim, professor dünyasını dəyişdi
  88. Soyqırımı günündə dostumu itirmişəm
  89. Bu yaz bir başqa yazdır
  90. Ölümü ilə böyüyü də, kiçiyi də ağladan Vüsal Orucov üçün oxunan elegiya - VİDEO
  91. Xan qızı Natəvanın qocalıqda miras istəyi
  92. Türkiyəli tərbiyə doktoru XƏlil FİKRƏT və bilimsəl psixologiyanın qurucularından biri Ovide DECROLİ Bakıda
  93. Dinməyin,xamuş olun! Yaxud 1884-cü il fevralın 29-da dünyaya göz açan insan...
  94. Azərbaycan dilində yazılmış ilk coğrafiya dərsliyinin müəllifi Əsgər ağa Gorani Adıgözəlov (1857-1910) və yaxud qaranlıqdan və alatoranlıqdan işığa
  95. XIX əsr maarifçisi Səid Əfəndi Ünsizadənin dərsliklərindən biri
  96. Orta məktəbdə bütün fənlər eyni dərəcədə öyrənilməlidir
  97. HƏ, nə oldu, mən deyən oldu,olmadı?
  98. S.Ə.Şirvaninin bir şeirinin yazılma səbəbi və əks-sədası
  99. Rəşid bəy Əfəndizadənin İstanbuldakı "Uşaq bağçası"- 1898-ci il
  100. Dərgahdan başlanan yol
  101. Fikrin ifadə formalarından biri
  102. Təhsil nazirinin kabinetində yaradılan yerüstü bunker
  103. "Həyat"ın çağırışı nə üçün cavabsız qalır?
  104. Hacı Zeynalabdin Tağıyevin Əhmədli kəndindəki ibtidai məktəbin tarixi görüntülərinin iki yarpağı
  105. Tərbiyə doktoru Halil Fikretin oxucu və tədqiqatçıların çoxuna məlum olmayan nadir şəkilləri
  106. Təhsil tariximizin maraqlı səhifələri
  107. Təhsil tariximizdən maraqlı səhifələri
  108. Akademiklərin cərgəsindəki müəllim
  109. Yeni rahat avtobus marşrutu - Nərimanov metrosu - Dəmir yolu İdarəsi və yaxud müəllim, şagird və tələbələr üçün "İVECO" avtobusları
  110. Mübarizə bu gün də var,sabah da...
  111. Xalqımızın türkdilli ilk mətbuat nümunələri
  112. "Əkinçi" qəzeti-140
  113. Mustafanın Çanakkala məktubu
  114. Məktəbdə elm və texnologiya həftəsi
  115. Mübarizə bu gün də var, yarın da....
  116. Halil Fikret və şifahi türkdilli xalq ədəbiyyatımızın Avropadan başlanan təbliğatı
  117. Kim inanmırsa, bu daş, bu da tərəzi...
  118. Yazımızın tarixi-özümüzün tarixi
  119. Fikrət Sadıq -Dədə Qorqud
  120. Tədqiqatçı öz fikrində israrlıdır
  121. Avropa Azərbaycan Məktəbinin olimpiada komandası respublika bilik yarışına vəsiqə aldı
  122. Tarixdə izi və sözü olan insanlardan biri: Cəmo bəy Cəbrayılbəyli
  123. Azərbaycanşünas alim, görkəmli şərqşünas - Mirzə Rəhimov-85
  124. "Dəbistan" jurnalının bir nömrəsinin biblioqrafiyası
  125. Xəlil Fikrət "Tərbiyə və tədris tarixi"
  126. Mirzə Həsən Əfəndi Əlqədari və Azərbaycan
  127. Latın qrafikalı ilk türk kitablarımızdan biri: Hans Stumme, Halil Fikret. "Türkische Lesestoffe…" Leipziq, 1916
  128. "Bağçasaraydan göndərilən məktub"
  129. Diqqət! Diqqət! Məktəb tariximizin qaranlıq səhifələrini işıqlandırırıq!
  130. İ.V.Miçurinin heykəli ucaldılan kənd - Qəbələ, Vəndam kəndi
  131. Maarifçiliyimizin və ədəbi dilimizin tarixi-“Ziya”(“Ziyayi-Qafqasiyyə”) qəzeti -135
  132. Dünya dərsliklərində yuva salan 150 yaşlı "Мотылек" və yaxud birgünlük kəpənəyin tərənnümü
  133. Səsimizə səs vermədikləri üçün ... - Fotolar
  134. Hər gün xatırlanan adam - Fərhad Zeynalov - 85
  135. Abdulla Şaiqin uşaq bağçası
  136. "Ziya"nın biblioqrafiyası
  137. Kasıblığın üzü qara olsun
  138. Bu gün M.Ə.Sabirin ad günüdür
  139. Keçən günə gün çatarmı ... - Fotolar
  140. Elmə yönələn yolun başlanğıcı - FOTO
  141. Bakı, ... küçəsi, Azərbaycan Mətbuat Muzeyi
  142. Otuz doqquz ildən sonra yazılan məktubun təəssüratı
  143. Ucundadır dilimin həqiqətin böyüyü ...
  144. İlk hesab dərsliyimiz
  145. Yusif Vəzirovun kölgədə qalan yazıları
  146. Dostluq etməyi bacaran adam - dostum İsa Əliyev
  147. “Tunğuç”məcmuəsi və ya açılmayan qapılar, pəncərələr…
  148. Mustafa Lütfi Şirvani İsmayılov (1876- ?) və onun Həştərxanda Azərbaycan dilində nəşr olunan "Bürhani-tərəqqi" qəzeti
  149. Dərslik, dərslik, yenə də dərslik...
  150. M.Ə.Rəsulzadənin bir məqaləsinin çağırışları və yaxud Əli bəy Hüseynzadənin sorğusu :"Anladınızmı?"
  151. "Molla Nəsrəddin"in Bakı vəkilərindən biri- Məhəmməd Əmin Rəsulzadə
  152. " Riyazi isbat və məntiqi təfəkkür " - FOTO
  153. "ZİYA"lı ziyalı - Foto
  154. Məhəmməd Əmin Rəsulzadə nə vaxt anadan olmuşdur?
Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
24-11-2017
23-11-2017
23.11.2017 Neft ucuzlaşıb
22-11-2017

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.5036 san