18:05 13 Noyabr 2017
580 dəfə oxunub
Çap versiyası
...

Vinnitsa şəhərinin gənc sakini əsgərlikdən yayınmaq üçün öz nənəsinin bacısı ilə evlənib.

Bu barədə "Uktainskiye Vesti” qəzeti məlumat yayıb. Ukrayna qanunlarına görə, əlil, yaşlı, ümumiyyətlə himayəsində ciddi qayğıya ehtiyac olan insanlar varsa, bu zaman kişi hərbi qulluğa çağırılmır.

Hərbi komissarlıqdan qəzetə bildirilib ki, 22 yaşlı Aleksandr çağırış vərəqəsini 25 oktyabrda alıb və artıq 6 gün sonra komissarlığa nikah haqqında qeydiyyat şəhadətnaməsi təqdim edib.

"Ata çağırışçını hərbi komissarlığa gətirərək, dedi ki, o, orduya getməyəcək, çünki evlidir və onun xanımı birinci qrup əlildir", - hərbi komissar Aleksandr Danilyuk təəccübünü gizlətmir.

Məlumat üçün onu da qeyd edək ki, gəncin evləndiyi Zina adlı qoca qadın onun ata tərəfdən nənəsinin bacısıdır.

Hüquqşünasların sözlərinə görə, himayəni rəsmiləşdirmək təcrübəsi indi Ukraynada geniş yayılıb.

Hərçənd nikah qeydə alınıb, hərbçilər qərardan məhkəməyə şikayət etməyə hazırlaşırlar. Hərbi komissarlıqda ironiya ilə həmçinin qeyd ediblər ki, Aleksandr arvadının sağlamlığına ciddi fikir verməlidir ki, o, ən azı beş il yaşasın. Çünki gənc 27 yaşa qədər hərbi xidmətə çağırılacaq./publika.az


Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
24-11-2017
23-11-2017
23.11.2017 Neft ucuzlaşıb
22-11-2017

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.3713 san