09:48 14 Noyabr 2017
188 dəfə oxunub
Çap versiyası
...

İran 2015-ci ilin iyul ayında əldə edilmiş nüvə razılaşmasına dair bütün tələbləri yerinə yetirməkdə davam edir. Ölkədəki aşağı dərəcədə zənginləşdirilmiş uranın həcmi 97 kiloqrama bərabərdir ki, bu da razılaşmada icazə verilən 300 kq limitindən kifayət qədər aşağı rəqəmdir.

Beynəlxalq Atom Enerjisi Agentliyinin İranın (BAEA) nüvə proqramına dair yaydığı hesabatda bildirir ki, ölkə həmçinin nüvə silahları üçün lazım olan plutoniumun alınması zamanı reaktorlarda istifadə edilən ağır suyun (D2O) istehsalında da bütün öhdəlikləri icra edir. Bununla yanaşı, beynəlxalq agentliyin müfəttişlərinin ölkənin nüvə proqramını əhatə edən bütün məkanlara sərbəst girişinə şərait yaradılıb.

Qeyd edək ki, 2015-ci ilin iyul ayında İranla “altılıq” ölkələri (BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü və Almaniya) arasında bağlanmış sazişə əsasən bu ölkə öz nüvə proqramını ciddi şəkildə məhdudlaşdırmaq öhdəliyi götürüb. Əvəzində isə bu ölkəyə qarşı beynəlxalq sanksiyaların tədricən aradan qaldırılması nəzərdə tutulur. Sazişin icrasına nəzarəti BAEA həyata keçirir.

Elgün Niftəli


Şərh yaz




Enter Code*:

Son xəbərlər
Neft ucuzlaşıb
09:37 19.01/2018
 
Xəbər başlıqları
21-01-2018
20-01-2018
20.01.2018 Prandelli qovuldu
19-01-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.7044 san