11:47 14 Noyabr 2017
127 dəfə oxunub
Çap versiyası
...

Əfqanıstanda “Taliban” hərəkatının hücumu nəticəsində azı 20 hərbçi ölüb, 15 nəfər isə yaralanıb.

Hadisə noyabrın 13-də axşam saatlarında Qəndəhar əyalətində baş verib. Döyüşlərin təxminən bir saat davam etdiyi bildirilir.

Polisin məlumatına əsasən, qısa sürməsinə baxmayaraq bu, son illərin ən iri hücumu olub. Hərbçilərin iddiasına görə, toqquşma zamanı, həmçinin 40 silahlı məhv edilib.

Xatırladaq ki, 2014-cü ildə Amerikanın hərbi kontingenti Əfqanıstanı tərk etdikdən sonra ölkənin cənub rayonlarının bir çoxu “Taliban” hərəkatının nəzarətinə keçib. Həmçinin regionda İŞİD qruplaşması da aktiv fəaliyyət göstərir.

 


Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
24-11-2017
23-11-2017
23.11.2017 Neft ucuzlaşıb
22-11-2017

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.6045 san