12:44 14 Noyabr 2017
326 dəfə oxunub
Çap versiyası
...

 

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 7,2% artaraq, 525,6 manat olub.

Strategiya.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, iqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, eləcə də, tikinti sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.

Oktyabrın 1-nə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 526,4 min nəfər olub, onlardan 877,6 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 648,8 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

Muzdla işləyənlərin 21,6%-i təhsil, 19,0%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 12,9%-i sənaye, 8,6%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,2%-i tikinti, 7,1%-i dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,7%-i nəqliyyat və anbar təsərrüfatı, 3,4%-i peşə, elmi və texniki fəaliyyət, 3,2%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,6%-i maliyyə və sığorta fəaliyyəti, 10,7%-i isə iqtisadiyyatın digər sahələrində məşğul olublar.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
Neft bahalaşıb
10:04 14.07/2018
 
Xəbər başlıqları
16-07-2018
15-07-2018
15.07.2018 Erməni təxribatı
14-07-2018
14.07.2018 Neft bahalaşıb

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.617 san