13:10 14 Noyabr 2017
118 dəfə oxunub
Çap versiyası
...

Bakı və Abşeron yarımadasında noyabrın 15-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, bəzi yerlərdə yağış yağacağı gözlənilir. Cənub-şərq küləyi əsəcək.

ETSN-dən Strategiya.az-a verilən məlumata görə, havanın temperaturunun gecə 10-13° isti, gündüz  15-18° isti olacağı gözlənilir.

Bakıda gecə  11-13° isti, gündüz  15-17° isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 767  mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 70-80 % olacaq.

Tibbi-meteoroloji proqnoza əsasən, yaxın 2 gün ərzində Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü, iqlim normasına yaxın temperatur rejimi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.

Azərbaycanın rayonlarında hava yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman, şərq rayonlarında çiskinli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 6-11° isti, gündüz 15-20° isti, dağlarda gecə 2-7° isti, gündüz 9-14° isti olacağı gözlənilir.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
Antiradar satanlar tutulub
12:05 23.11/2017
Ayı ovlayanlar saxlanıldı
09:14 23.11/2017
 
Xəbər başlıqları
24-11-2017
23-11-2017
23.11.2017 Neft ucuzlaşıb
22-11-2017

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.3541 san