14:55 14 Noyabr 2017
198 dəfə oxunub
Çap versiyası
...

Bakıda qadının telefonunu oğurlayıb qaçmaq istəyən şəxs yaxalanıb.

 N
oyabrın 12-də Qara Qarayev prospektində yerləşən ticarət mərkəzlərindən birinin qarşısında naməlum şəxs paytaxt sakini olan bir qadının 550 manat dəyərində mobil telefonunu soyğunçuluq yolu ilə ələ keçirərək hadisə yerindən qaçıb.

Zərərçəkən hadisə barədə həmin ərazidə xidmət aparan Əlahiddə Çevik Polis Alayının 5-ci Patrul Bölüyünün əməkdaşlarına məlumat verib. Cinayəti törətməkdə şübhəli bilinən şəxsin isti izlərlə axtarışı həyata keçirilib və o, hadisə yerindən 300-400 metr kənarda saxlanılaraq zərərsizləşdirilib.

Cinayəti törətməkdə şübhəli bilinən şəxsin əvvəllər dəfələrlə məhkum olunmuş Mingəçevir şəhər sakini Emil Məmmədov olduğu məlum olub.

Emil Məmmədov – Saxlanılan şəxs: ““Vasmoy”da bazarın qabağından cibdən telefon çıxartmışam. Qaçanda da polis saxlayıb”.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar aparılır. Polis əməkdaşları soyğunçuluq etməkdə şübhəli bilinən bu şəxsin digər analoji cinayətlərdə iştirak etdiyini də istisna etmirlər. Onun əməllərindən zərərçəkən başqa şəxslər varsa, bu barədə Daxili işlər Nazirliyinin “102” Zəng Mərkəzinə və ya ərazi üzrə polis idarəsi müraciət edə bilərlər.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
Paytaxtda sexdə yanğın
18:37 20.01/2018
Ucarda ağır cinayət
12:54 20.01/2018
 
Xəbər başlıqları
21-01-2018
20-01-2018
20.01.2018 Prandelli qovuldu
19-01-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.6793 san