15:05 14 Noyabr 2017
129 dəfə oxunub
Çap versiyası
...

Yaponiyanın Baş naziri Şinzo Abe bəyan edib ki, Şimali Koreya beynəlxalq sanksiyalardan yan keçmək üçün ASEAN ölkələrindən istifadə edir.

AZƏRTAC xəbər verir ki, Ş.Abe bu barədə Manilada, ASEAN ölkələrinin 31-ci sammitində çıxışı zamanı bildirib.

Ş.Abe deyib: “Biz öz tərəfimizdən Şimali Koreya ilə dialoqa cəhd göstərməməliyik. Biz Pxenyana elə bir təzyiq göstərməliyik ki, nəhayət o, başqa çıxış yolu tapa bilməyərək nüvə və raket proqramlarından imtina etsin, danışıqlara başlasın”.

Baş nazir əlavə edib ki, Şimali Koreya ASEAN ölkələrinin ticarət kanallarından və maliyyə şəbəkələrindən istifadə edərək sanksiyalardan yan keçir.

Ş.Abe Şimali Koreyaya qarşı tədbirləri, o cümlədən ticarət məhdudiyyətlərini gücləndirməyə, fərdi şəxslərin hərəkətini məhdudlaşdırmağa, bu ölkənin diplomatlarını daim nəzarətdə saxlamağa və iş üçün başqa ölkələrə gedən vətəndaşların əmək fəaliyyətini tənzimləməyə çağırıb.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
24-11-2017
23-11-2017
23.11.2017 Neft ucuzlaşıb
22-11-2017

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.3775 san