08:21 15 Noyabr 2017
220 dəfə oxunub
Çap versiyası
...

Noyabrın 13-də gecə saatlarında Sabunçu rayonunda qanlı cinayət baş verib. Nəticədə iki nəfər ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Strategiya.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, bu barədə hüquq-mühafizə orqanlarından məlumat verilib.

Sabunçu qəsəbəsində, əslən Zəngilan rayonundan olan, əvvəllər AR Cinayət Məcəlləsinin 177-ci maddəsi (oğurluq) ilə məhkum edilmiş 1986-cı il təvəllüdlü Paşayev İlham Adil oğlu və eyni maddə ilə əvvəllər məhkum edilmiş 1987-ci il təvəllüdlü Bakı sakini İsmayılov Mahir Etibar oğlu naməlum şəraitdə çoxsaylı bıçaq zərbələri alıblar.

Ekspertlər yoxlama zamanı Paşayevin bədəninin müxtəlif hissələrində çoxsaylı bıçaq xəsarətləri aşkar ediblər. Cinayətkarlar İsmayılovun boğazını kəsməyə cəhd ediblər. Hər iki yaralı hazırda ağır vəziyyətdə 3 saylı şəhər Kliniki Xəstəxanasının reanimasiya şöbəsindədir. Onların vəziyyəti istintaq orqanlarına ifadə almaq imkanı vermir.

 

Lakin ilkin araşdırma zamanı məlum olub ki, sözügedən şəxslərə əvvəllər məhkum edilmiş Məhərrəm adlı şəxs bıçaqla hücum edib. Hüquq-mühafizə orqanlarının məlumatına görə, şübhəli şəxs zərərçəkənləri öldürmək məqsədi güdüb. Bunu zərərçəkənlərin dərin yaralar alması da sübut edir. Rayon prokurorluğu bu cinayəti qətl törətməyə təşəbbüs kimi təsnifləşdirib.

Məlum olub ki, kişilər arasında münaqişə şəxsi münasibətlər müstəvisində baş verib. Hazırda polis cinayətkarın şəxsiyyətini araşdırmağa və onu saxlamağa cəhd edir.

Sağlamlığa ağır zərər vurmaya dair daha bir fakt isə Nərimanov rayonunda qeydə alınıb. Ötən gün saat 21:05-da Sity Hospital-a 1974-cü il təvəllüdlü şəhər sakini Babayev Vahid Ayaz oğlu ağır vəziyyətdə gətirilib. Onun kürəyinə bıçaq zərbəsi endirilib. Faktla bağlı heç kəs saxlanılmayıb. Hətta Babayevin hansı şəraitdə bıçaq zərbəsi alması da məlum deyil.

Qeyd edək ki, bu ayın əvvəlindən başlayaraq paytaxtda sağlamlığa qəsdən ağır zərər vurma ilə bağlı 8 fakt qeydə alınıb. 117 xuliqanlıq hadisəsi qeydə alınıb ki, onun da demək olar, yarısını bıçaqlama təşkil edir.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
Antiradar satanlar tutulub
12:05 23.11/2017
Ayı ovlayanlar saxlanıldı
09:14 23.11/2017
 
Xəbər başlıqları
24-11-2017
23-11-2017
23.11.2017 Neft ucuzlaşıb
22-11-2017

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.3858 san