12:08 15 Noyabr 2017
378 dəfə oxunub
Çap versiyası
...

 

“Psixotrop dərman preparatları dövriyyəsinə nəzarət olunur. Dövriyyəsi məhdudlaşdırılan dərman preparatlarının siyahısı Milli Məclis tərəfindən təsdiq olunub. Mütəmadi olaraq bu siyahıya düzəlişlər olunur. Bu yaxınlarda Səhiyyə Nazirliyi tərəfindən 50 milliqramlıq “travmadol” dərman preparatının siyahıya daxil edilməsi ilə bağlı Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Həsənova müraciət olunub”.

Strategiya.az APA-ya istinadən xəbər verir ki, bunu səhiyyə nazirinin müavini Elsevər Ağayev deyib.

Nazir müavini qeyd edib ki, apteklər bu dərmanların satışını həyata keçirərkən diqqətli olmalıdırlar: “Bu preparatların reseptsiz satışı ilə əlaqədar olaraq İnzibati Xətalar Məcəlləsində müəyyən müddəalar var. 2015-2017-ci illərdə sahibkarlığa kömək məqsədilə Səhiyyə Nazirliyi tərəfindən də yoxlamalar aparılmırdı. Artıq Səhiyyə Nazirliyinə dərman preparatlarının dövriyyəsinə nəzarət olunması səlahiyyəti verilib”.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
22-09-2018
22.09.2018 Neft bahalaşıb
21-09-2018
21.09.2018 Neft bahalaşıb

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
6.2723 san