15:11 22 Noyabr 2017
573 dəfə oxunub
Çap versiyası
...

Formula-1 yarışının liderləri “Mercedes” komandası özünün əsas pilotu Luis Hamiltona 120 milyon funt sterlinq məbləğində üç illik yeni müqavilə təklif edib.

Bu təklif reallaşarsa L.Hamilton Formula-1 yarışının ən yüksək məvacibli pilotu olan Sebastian Vettel ilə eyni miqdarda əməkhaqqına sahib olacaq. L. Hamiltona yeni müqavilə Meksika Qran-Prisindən sonra təklif olunub. Yeni müqavilənin məbləğinin yüksək olması “Mercedes” komandası rəhbərliyinin pilotun əsas rəqiblərdən olan “Red Bull Racing” və ya “Ferrari” komandalarına keçə biləcəyindən narahat olması ilə bağlıdır.

L. Hamiltonun “Mercedes” komandası ilə müqaviləsinin müddəti 2018-ci ilin sonunda başa çatır.

Xatırladaq ki, Meksika Qran-Prisində finiş xəttinə doqquzuncu gəlməsinə baxmayaraq, Luis Hamilton mövsümün başa çatmasına iki mərhələ qalmış ümumi xal hesabında bütün rəqiblərini qabaqlayaraq Formula-1 üzrə 2017-ci il dünya çempionatının qalibi olub.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
"Instagram"da yenilik
10:38 22.07/2018
 
Xəbər başlıqları
23-07-2018
23.07.2018 Neft ucuzlaşıb
23.07.2018 Abşeronda yanğın
22-07-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
2.1331 san