17:50 22 Noyabr 2017
188 dəfə oxunub
Çap versiyası
...

Brüsseldə keçiriləcək “Şərq tərəfdaşlığı” sammiti Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında münasibətlərə yeni dinamika əlavə edəcək.

Bunu Trend-ə müsahibəsində Aİ-nin qonşuluq siyasəti və genişlənmə məsələləri üzrə komissarı Yohannes Han deyib.

O qeyd edib ki, Asiya və Avropanın kəsişməsində yerləşən Azərbaycan iki qitə arasında vacib körpü rolunu oynaya bilər.

Bu kontekstdə o, qısa müddət əvvəl istifadəyə verilmiş Bakı-Tbilisi-Qars dəmir yolunun Avropa ilə Asiya arasında əlaqələrin möhkəmlənməsində əhəmiyyətini vurğulayıb: “Mən bir neçə həftə əvvəl Bakı-Tbilisi-Qars dəmir yolunun açılışının şahidi olmaqdan məmnun oldum. Bu dəmir yolu ölkələr arasında daha yaxşı əlaqələrin, biznes üçün yeni imkanların təmin olunması, eləcə də Aİ ilə Asiya arasında ticarətin genişlənməsi üçün potensiala sahibdir”.

Y.Han qeyd edib ki, Azərbaycan həm də Aİ-nin enerji sahəsində strateji tərəfdaşıdır və "Cənub Qaz Dəhlizi"nin tikintisi layihəsi bunun ən yaxşı nümunəsidir.

O həmçinin əlavə edib ki, Aİ Azərbaycanın öz iqtisadiyyatını şaxələndirmək səylərini dəstəkləyir.

Onun sözlərinə görə, qarşıdan gələn sammit Avropa İttifaqının və tərəfdaş ölkələrin əməkdaşlığa sıx bağlılığını nümayiş etdirəcək və bir daha bu təşəbbüsün tərəfdaş ölkələrin vətəndaşlarının rifahı üçün səmərəli nəticələr verəcəyini sübut edəcək.

 


Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
18-12-2017
17-12-2017
16-12-2017
16.12.2017 Neft ucuzlaşdı

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.4324 san