11:52 23 Noyabr 2017
149 dəfə oxunub
Çap versiyası
...

 

Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu il Azərbaycanda kəskin respirator virus infeksiyalarına yoluxma səviyyəsi 11 faizədək azalıb.

Strategiya.az xəbər verir ki, bunu Trend-ə Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) direktor müavini Afaq Əliyeva deyib. Onun sözlərinə görə, laborator müayinələr zamanı builki payız-qış mövsümü ərzində Azərbaycanda qripə yoluxma faktının olduğu təsdiqlənməyib.

A.Əliyeva qeyd edib ki, indiyədək 45 xəstədən laborator analizlər üçün müayinə materialı götürülüb: “Builki mövsümdə ağır xəstələr olmayıb, tək-tək hallarda laborator müayinələr götürülüb. Müayinələr Respublika Taun Əleyhinə Stansiyada aparılır. Ötən il qrip virusuna yoluxma var idi. Amma builki payız-qış mövsümündə qrip virusları aşkar olunmayıb. Azərbaycanda hələlik qrip virusları sirkulyasiya etmir”.

Qeyd edək ki, Rusiyanın bəzi regionlarında kəskin respirator virus infeksiyalarına yoluxma ilə bağlı vəziyyət təhlükəli həddə yaxınlaşır. Bununla əlaqədar olaraq ölkədə qrip əleyhinə kütləvi peyvəndləmə işlərinə start verilib.

Son göstəriciyə görə, Rusiyada təxminən 64,3 milyon insan artıq qripə qarşı peyvənd edilib ki, bu da ümumi əhalinin 44,5 faizi deməkdir.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
18-12-2017
17-12-2017
16-12-2017
16.12.2017 Neft ucuzlaşdı

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.5898 san