19:47 23 Noyabr 2017
567 dəfə oxunub
Çap versiyası
...

Türkiyə Cəbrayıl rayonunun Cocuq Mərcanlı qəsəbəsinin inkişafına töhfə vermək üçün burada layihə həyata keçirmək istəyir.

İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, bu barədə nazir Şahin Mustafayevlə görüşündə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral bildirib.

Səfir qeyd edib ki, bu layihə Cocuq Mərcanlıda kənd təsərrüfatı və heyvandarlığın inkişafını nəzərdə tutan təsərrüfatın yaradılmasını və burada aqrar məhsulların istehsalını nəzərdə tutur. Bu təsərrüfatda istehsal olunacaq məhsullar daxili bazara yönəldilməklə yanaşı, gələcəkdə xarici ölkələrə də ixrac edilə bilər.

Ş.Mustafayev Türkiyənin Cocuq Mərcanlıda həyata keçirmək istədiyi layihənin qəsəbənin inkişafında və əhalinin sosial rifahının yaxşılaşdırılmasında əhəmiyyətli olacağını vurğulayıb.

Azərbaycan-Türkiyə iqtisadi əlaqələrinin genişləndirilməsi perspektivlərinə dair geniş fikir mübadiləsinin aparıldığı görüşdə iqtisadiyyat naziri ölkələrimiz arasında əməkdaşlığın bütün istiqamətlər üzrə inkişaf etdiyini və bir sıra uğurlu layihələrin reallaşdırıldığını qeyd edib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bu ilin oktyabrında Azərbaycana səfəri və səfər çərçivəsində Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 6-cı iclasının keçirilməsinin ikitərəfli münasibətlərin daha da dərinləşdirilməsi baxımından önəmi vurğulanıb. Qeyd edilib ki, bu yaxınlarda Bakı-Tbilisi-Qars dəmir yolunun açılması tarixi hadisədir və bu marşrut nəqliyyat əlaqələrini genişləndirməklə, iştirakçı ölkələr üçün yeni iqtisadi imkanlar açır. Nazir gələn il Çində Bakı-Tbilisi-Qars dəmir yolunun təqdimatının keçirilməsinin əhəmiyyətini də diqqətə çatdırıb.

Görüşdə həmçinin, Azərbaycan və Türkiyə arasında ticarət əlaqələrinin genişləndirilməsinə, o cümlədən Preferensial Ticarət Sazişinə və qarşılıqlı maraq doğuran digər məsələlərə dair müzakirələr aparılıb.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
Neft bahalaşıb
10:23 21.07/2018
Neft bahalaşıb
09:10 20.07/2018
 
Xəbər başlıqları
21-07-2018
21.07.2018 Neft bahalaşıb
20-07-2018
20.07.2018 Neft bahalaşıb

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
2.206 san