09:35 24 Noyabr 2017
176 dəfə oxunub
Çap versiyası
...

ABŞ-ın Hərbi Hava Qüvvələri noyabrın 22-də Filippin dənizinə düşmüş təyyarənin itkin üç hərbçisinin axtarışlarını dayandırıb.

Bu barədə ABŞ Hərbi Hava Qüvvələrinin 7-ci donanmasının nümayəndələri məlumat yayıblar.

Donanmanın mətbuat xidmətinin məlumatında kontr-admiral Mark Deltonun sözləri sitat gətirilir: “Biz həlak olan həmkarlarımızla əlaqədar dua edir və onların ailə üzvlərinə başsağlığı veririk. Eyni zamanda, biz təyyarənin göyərtəsində olmuş digər səkkiz nəfər hərbçinin sürətlə xilas edilməsinə kömək göstərənlərə minnətdarlığımızı bildiririk”.

Qəzadan sonra iki gün davam edən axtarış-xilasetmə əməliyyatlarında ABŞ və Yaponiyanın səkkiz hərbi gəmisi, həmçinin hərbi helikopterlər və təyyarələr iştirak edib. Axtarış zonası təqribən min kvadrat dəniz mili təşkil edib. Bildirilir ki, həlak olan hərbiçilərin adları sonradan açıqlanacaq.

Xatırladaq ki, Yamaquçi prefekturasının İvakuni aviabazasından noyabrın 22-də havaya qalxan C-2A ikimühərrikli hərbi-nəqliyyat təyyarəsi “Ronald Reyqan” aviadaşıyıcı gəmisinə hərbçilər qrupunu və yük çatdırmalı idi. Lakin təyyarə Okinava adasından 500 dəniz mili məsafədə dənizə düşüb. Təyyarənin göyərtəsində ümumilikdə 11 nəfər olub. Onlardan səkkizi qəzadan 40 dəqiqə sonra xilas edilib.

Hərbi nəqliyyat təyyarəsinin qəzaya uğraması səbəbləri araşdırılır.

Vüqar Ağayev


Şərh yaz




Enter Code*:

Son xəbərlər
NASA yeni planet kəşf edib
08:23 18.12/2017
 
Xəbər başlıqları
18-12-2017
17-12-2017
16-12-2017
16.12.2017 Neft ucuzlaşdı

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.6651 san