12:02 24 Noyabr 2017
321 dəfə oxunub
Çap versiyası
...

Müstəqilliyimizi qurduğumuz ən çətin illərdə belə dövlətimiz üçün uşaq hüquqlarının müdafiəsi prioritet olub. Ölkəmizin qoşulduğu ilk beynəlxalq sənədlərdən biri “Uşaq Hüquqları haqqında Konvensiya”dır.

Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib.

H.Hüseynova bildirib ki, bu, milli qanunvericilikdə təkmilləşdirmə işinin aparılmasına, yeni mexanizmlərin yaradılmasına və uşaqlara qarşı zorakılıqla mübarizəyə ünvanlanan ümumi prinsiplərin formalaşdırılmasına təkan vermişdi:

“Həmçinin, Azərbaycan hökuməti bu sənəddən beynəlxaq tribuna kimi istifadə edərək, ilk dəfə Ermənistanın ərazimizə təcavüz etməsi, üç yüz mindən artıq qaçqın və məcburi köçkün düşmüş uşaqlar haqqında məlumatları dünya ictimaiyyətinə çatdırıb. Qeyd edim ki, bu hərbi münaqişə zamanı 175 uşaq qətlə yetirilib, yaralanan uşaqların sayı isə yüzlərlədir. Dövlətimiz münaqişə müddətində 214 uşağın əsir və girovluqdan azad edilməsinə nail olub, 66 uşaq itkin düşüb, 29 uşaq isə hələ də girovluqdadır”.

Komitə sədri bildirib ki, əfsuslar olsun ki, 1994-cü ildə atəşkəs rejiminin elan olunmasına baxmayaraq, ermənilərin azərbaycanlı uşaqları qətlə yetirməsi faktları qeydə alınmaqda davam edib və bu dövr ərzində 34 uşaq erməni terrorunun qurbanı olub. Onlardan 14-ü həlak olub, 20-si isə yaralanıb.//Trend


Şərh yaz




Enter Code*:

Son xəbərlər
Cəbhədən SON XƏBƏR
09:39 22.07/2018
 
Xəbər başlıqları
23-07-2018
23.07.2018 Neft ucuzlaşıb
23.07.2018 Abşeronda yanğın
22-07-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.9095 san